İkinci Qarabağ Müharibəsindən sonra Dehli və İrəvan arasında ard-arda imzalanan hərbi müqavilələr adi bir ixrac-idxal prosesi deyil. Ardında regionda və dünyada gedən qlobal geosiyasi proseslər dayanıb.
Hadisələrin inkişaf tendensiyası müxtəlifdir. Hindistan rəsmiləri yaxşı bilir ki, silah bazarında istehsal etdiyi sistemlər o qədər də təlabat görmür. Çünki texnologiya və keyfiyyət seqmentində qərb və yaxud Rusiya istehsalı analoqlarından geri qalır. Buna görə də Ermənistana silah satışının tirajlanması Dehli üçün gərəklidir.
Bunlar məsələnin fərqli tərəfi. Lakin, müasir müharibə metodikası artilleriya sistemlərinin də diversifikasiyasını şərtləndirir. Ənənəvi qoşqulu vasitələr indi daha çox özüyeriyən haubitsalarla əvəzlənir. Bu istiqamətdə Azərbaycan son bir ildə Serbiyadan Nora B 52 və Çexiyadan Dita sistemləri sifariş verib. Çünki manevr və texnoloji imkanlar müqayisə olunmayacaq qədər üstündür.
Belə olduğu təqdirdə Ermənistanın silahlanma istiqaməti Azərbaycanla müqayisə olunmayacaq dərəcədə təsirsiz qalır.
Pərviz Mirizadə: Siyasi şərhçi