Uşaqlı qadınlara əlavə məzuniyyət hüququnun verilməsi ilə bağlı məsələ artıq qanunvericilikdə təsbit olunub. Ancaq məsələ ondadır ki, bir çox uşaqlı valideynlər, müxtəlif sahələrdə çalışan qadınlar bu barədə tam mılumatlı deyillər və sözügedən məzuniyyətt hüququnun necə təsbit edildiyini bilmirlər. Bəs görəsən, uşaqlı qadınların əlavə məzuniyyət hüququ necə tənzimlənir?
Newscenter.az-ın xəbərinə görə, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Vəfa Qədirova deyir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 17-ci maddəsinə əsasən əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 14 yaşınadək 2 uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda 3 və daha çox uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
Onun sözlərinə görə, uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərin də əlavə məzuniyyət hüququ vardır:
"Müəyyən edilmiş əlavə məzuniyyət hüququ müvafiq təqvim ilinin sonunadək uşaqlardan birinin 14 yaşı tamam olduğu hallarda da saxlanılır".
Anar Əliyev