Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

KTMT adından dələduzluq edən internet fırıldaqçıları aşkarlanıb

KTMT adından dələduzluq edən internet fırıldaqçıları aşkarlanıb


Kollektiv Təhlükısizlik Müqaviləsi Təşkilatı (KTMT) da internet fırıldaqçılaeının toruna düşüb.

Newscenter.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adından fəaliyyət göstərən fırıldaqçılar üzə çıxıb.

Sosial şəbəkələrdə fırıldaqçılar KTMT adından yeni xidmət təklif edirlər. Onlar ayrı-ayrı şəxslərə makler tərəfindən aldadılıblarsa pullarını geri almağa kömək edəcəklərini vəd ediblər.

Təşkilat insanları ayıq olmağa və fırıldaqçılara inanmamağa çağırıb.

Mehman Mehdiyev
Xəbəri paylaş