Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli informasiya məkanımız daim hədəfə alınır

Milli informasiya məkanımız daim hədəfə alınır


20 fevral 2025-ci il tarixində ölkəmizin bir sıra onlayn media resurslarına qarşı həyata keçirilən kütləvi kiber hücumu Azərbaycanın informasiya təhlükəsizliyinə təhdid kimi qiymətləndirir və bildiririk ki, veb-saytların fəaliyyətinin bərpası istiqamətində zəruri tədbirlər görülməkdədir. Hazırda müvafiq dövlət qurumları tərəfindən kütləvi kiber hücumun nəticələrinin aradan qaldırılması və gələcəkdə belə halların təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Newscenter.az xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin (MEDİA) açıqlamasında yer alıb.

Bildirilib ki, ölkəmizin informasiya təhlükəsizliyinə yönəlmiş bu hücum bir daha sübut edir ki, milli informasiya məkanımız daim ictimai fikri çaşdırmaq istəyən qüvvələr tərəfindən nəinki dezinformasiya və yanlış xəbərlərin yayılması, habelə media infrastrukturuna müdaxilə olunaraq məlumatın mənbədən silinməsi və dəyişdirilməsi cəhdləri ilə hədəfə alınır.

Bu kimi halların qarşısının alınması məqsədilə media qurumlarını öz resurslarının mühafizəsinə daha həssas yanaşmağa çağırırıq.

Süleyman
Xəbəri paylaş