Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əlverişsiz havaya görə 24 nəfər təcili tibbi yardıma müraciət edib

Əlverişsiz havaya görə 24 nəfər təcili tibbi yardıma müraciət edib


Qarlı hava ilə bağlı təcili yardıma müraciətlərin sayı açıqlanıb.

TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, ötən gecədən bu gün saat 10:00-a qədər Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə əlverişsiz hava şəraiti ilə əlaqədar 24 nəfərin (14-ü qadın, 10-u kişi ) müraciəti qeydə alınıb.

Onlardan 23 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. 1 nəfər isə hospitalizasiyadan imtina edib.
Xəbəri paylaş