Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyanın reytinqi niyə aşağı düşür?

Paşinyanın reytinqi niyə aşağı düşür?


"Ermənistan baş naziri Nikol Paşinyanın reytinqi əvvəlki aylara nisbətən geriləyib. Xüsusilə, Gümrüdə müxalifətin mer seçkilərində qalib olması Paşinyanı 2026-ci il seçkilərində ciddi problemlərlə üzləşdirə bilər. Qeyd edim ki, Gümrüdə kommunist partiyası mer seçkilərində qalib gəlib. Bu, onu göstərir ki, N. Paşinyanın partiyası Ermənistanın ikinci böyük şəhərində məğlub olub".

Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, "Gallub" şirkətinin keçirdiyi sorğulara uyğun olaraq Mülki müqavilə” partiyası – 11,5 faiz, Robert Koçaryanın lideri olduğu “Ermənistan” bloku –8%. Serj Sarkisyanın lideri olduğu “Şərəfim var” bloku – 3,7 faiz səs toplayıb:

"Müxalifət cüzi olaraq üstünlük əldə edib. Müxalifət fəaliyyətini genişləndirib. Rusiya Ermənistanda müxalifətə ciddi siyasi dəstək verir.

Amma, müxalifətin birləşməməsi N. Paşinyanın şanslarını artirir. R. Koçaryan və S. Sarkisyan partiyalari arasında fikir ayrılıqları var. Tərəflərin ayrı-ayrılıqda seçkilərə getməsi gözlənilir. Əgər, müxalifət dağınıq halda seçkiyə gedəcəksə, N. Paşinyanın növbəti seçkilərdə qələbə əldə etməsi mümkündür".

Süleyman
Xəbəri paylaş