
Rusiyada kartofun qiyməti iyul ayında düşməyə başlayacaq.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə “Ədalətli Rusiya – Həqiqət naminə” partiyasının sədri Sergey Mironov deyib.
Onun sözlərinə görə, bir il ərzində kartof 3 dəfə bahalaşıb. Dövlət Dumasının deputatı əlavə edib ki, Çindən kartof idxalı 25 dəfə, Gürcüstandan 30 dəfə artıb.
Mironov qeyd edib ki, məhsul və qiymətlərə hava faktorları, o cümlədən şaxtalar təsir edir. Eyni zamanda, fermerlərin bir çox başqa, texnogen problemləri var.
Cavid