
4 iyul 2025-ci il tarixindən etibarən China Eastern Airlines Şanxay və Almatı arasında müntəzəm reyslərə başlayacaq.
Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb. Bildirilib ki, bu Qazaxıstana turistlərin səfər etməsinə müsbət təsir göstərəcək.
Ümumiyyətlə, Şanxayda Almatıya turistlərin cəlb edilməsi üçün 30-dan çox saziş imzalanıb.
Bundan başqa Almatı 27-29 may 2025-ci il tarixlərində keçiriləcək “ITB China 2025” beynəlxalq turizm sərgisində iştirak edəcək. Bu, hər il 800-dən çox iştirakçı və 10.000-dən çox sənaye mütəxəssisini bir araya gətirən Çindəki ən böyük gələn turizm platformalarından biridir. Qazaxıstandan 7 turoperator sərgidə iştirak edəcək.
Xatırladaq ki, 2024-cü ildə Almatıya Çindən 99 mindən çox vətəndaş səfər edib. Bu, əvvəlki illə müqayisədə 50% çoxdur.
Anar Əliyev