Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təhsil strategiyası ilə bağlı məsələyə yenidən baxılmalıdır

Təhsil strategiyası ilə bağlı məsələyə yenidən baxılmalıdır


"Ekoloji fəlakət qədər təhsil sahəsində baş verən bəzi neqatuv hallar da narahatlıq doğurur. Bu günlərdə lisey və gimnaziyalara qəbul üçün imtahanların ləğv edilməsi ilə bağlı verilən qərar bunun sübutudur".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa səsləndirib. Millət vəkili bildirib ki, Elm və Təhsil Nazirliyi belə bir qərar vermək məcburiyyətindəydisə, bunu ən azı 7-8 ay əvvəl edə bilərdi:

"İmtahanlara bir-iki həftə qalmış belə bir qərarın qəbul edilməsi doğru deyil. Düzdür, ictimai etirazdan sonra nazirlik həmin qərarı ləğv etdi. Ancaq bütün halda vəziyyət ondan ibarətdir ki, təhsil strategiyasına yenidən ciddi şəkildə diqqət ayırmaq lazımdır".

Süleyman
Xəbəri paylaş