Prezident yeni müharibənin anonsunu verdi-ŞƏRH
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib. Dövlət başçısı müşavirədə giriş nitqi söyləyib və nitqi əsnasında bir sıra məqamlara toxunub. Prezident bu ilin altı ayında Azərbaycan-Ermənistan....
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Tbilisidə keçirilən görüş başa çatıb. "Report"un yerli bürosu xəbər verir ki, XİN başçıları arasında ilk ikitərəfli görüş bir saatdan çox davam edib. Təkbətək görüşdən sonra....
Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş başlayıb
Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ikitərəfli görüş başlayıb. Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tvitter səhifəsində məlumat verib.....
Rusiyanın Azərbaycandakı səfirinin Şuşaya səfərində qeyri-adi heç nə yoxdur
"Rusiyanın Azərbaycandakı səfirinin Şuşaya səfərində qeyri-adi heç nə yoxdur. Səfir Azərbaycanın qədim şəhərini ziyarət edib". Newscenter.az xəbər verir ki, bu fikirləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu səsləndirib. Bildirib ki, o Gəncəyə və ya Zaqatalaya....
Ukrayna ABŞ və Avropa banklarını Rusiya ilə əlaqələrdə ittiham edir
Ukrayna hökuməti ABŞ-ın “JPMorgan Chase”, “Citigroup”, Böyük Britaniyanın HSBC və Fransanın “Credit Agricole” şirkətlərini Rusiya nefti ilə ticarət edən şirkətlərlə əməkdaşlığı dayandırmağa çağırıb və əks təqdirdə onlara qarşı Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldıracağı ilə hədələyib.....
Dünya iqtisadiyyatının gərgin vəziyyəti fonunda Azərbaycanda sosial-iqtisadi stabilliyin olması həyata keçirilən rasional siyasətin nəticəsidir
“Bu gün dünyada ərzaq təhlükəsizliyindən tutmuş iqtisadi tənəzzülə qədər proseslər müşahidə edilməkdədir. Dünyada neftin qiymətinin artmasına baxmayaraq, kapital bazarları da çöküb. Eyni zamanda, siyasi gərginliklər, müharibələr, böyük bazarlara tətbiq olunan qadağalar qlobal resessiyanı....
Bayden Səudiyyə vəliəhdinə XƏBƏRDARLIQ ETDİ
ABŞ Prezidenti Co Bayden Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmana jurnalist Camal Qaşıqçının ölümünə görə məsuliyyət daşıdığı barədə xəbərdarlıq edib. Newscenter.az məlumat verir ki, APA-nın “Figaro”ya istinadla xəbərinə görə, Bayden bunu Ər-Riyaddakı mətbuat konfransında bildirib. “Mən....
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun müəmmalı Ermənistan səfəri
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnsün Ermənistana səfəri və baş nazir Nikol Paşinyanla görüşü sıradan hadisə deyil. Gün ərzində görüş barədə xəbər gah təsdiq, gah da təkzib edildi. Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən "Atlas" Araşdırmalar....
Ceyhun Bayramov Gürcüstana gedib
Xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Gürcüstana yola düşüb. Bu barədə Newscenter.az-a Xarici İşlər Nazirliyindən bildirilib. Səfər çərçivəsində C.Bayramovun Gürcüstan Baş naziri, xarici işlər naziri və Ermənistan Respublikası xarici işlər naziri ilə görüşlərinin keçirilməsi nəzərdə....
İlham Əliyev: "Heç kim bizə heç nəyi diktə edə bilməz"
"Əlbəttə ki, bütün bu işlərin görülməsi üçün iqtisadiyyat əsasdır. İqtisadi müstəqillik əldə edilmişdir və biz məhz buna görə siyasi müstəqillik əldə etmişik, beynəlxalq müstəvidə müstəqillik əldə etmişik. Heç kim bizim iradəmizə təsir edə bilməz, heç kim bizə heç nəyi diktə edə bilməz, heç....
Azərbaycan Prezidenti: "Növbədə olan bütün şəhid ailələri yaxın gələcəkdə evlərlə təmin ediləcək"
Müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verildi və hesab edirəm ki, bu il Bakı şəhərində bu məsələ artıq tam həll olunacaq. Keçən il 3 min mənzil və fərdi ev verilmişdir, bu il 1500 mənzil və ev verilir. Newscenter.az xəbər verir ki, bu barədə....
Prezident: "Bəzi ölkələrdə yenə maska rejiminə keçmək lazımdır"
"Bütün bunları pandemiyadan təzə çıxmış ölkə əldə edir. Halbuki, əfsuslar olsun, yeni məlumat var, özü də Ümumdünya Səhiyyə Təşkilatı bu məlumatı yayıb ki, indi bəzi ölkələrdə yenə maska rejiminə keçmək lazımdır. Biz, əlbəttə ki, bu tendensiyaları izləyirik və biz pandemiyanın ən ağır....
Azərbaycan Prezidenti: "Gələcəkdə Zəngəzur dəhlizi ilə elektrik ixracını təşkil edə bilərik"
"Ancaq indi daha dərin təhlil aparılır. Çünki orada daha böyük həcmdə su elektrik stansiyalarının inşası mümkündür. İndi təhlil hazırlanır, yəqin ki, biz orada perspektivdə ancaq kiçik su elektrik stansiyalarından mindən çox meqavat götürə bilərik". Newscenter.az xəbər verir ki, bu....
Dövlət başçısı: "Çox ciddi bir nəqliyyat-logistika mərkəzinə çevriləcəyik"
"Nəqliyyat sektorunda görüləcək işlərlə bağlı hökumətə tapşırıqlar artıq verildi. Bir daha qeyd etmək istəyirəm, bizim gəmiqayırma zavodumuz tam gücü ilə işləməlidir, nə qədər imkanı varsa, o qədər də gəmi, tanker, bərə istehsal etməlidir. Bu zavodun imkanları gərək yenidən araşdırılsın. Mənə....
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 15 İyul - Demokratiya və Milli Birlik Günü ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Newscenter.az bu barədə Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir. Dövlətimizin başçısı 15 İyul hadisələri....
İlham Əliyev: "Bütün tender prosedurları keçməlidir, şəffaflıq tam təmin edilməlidir"
"Qarabağda bütün işlər plan üzrə gedir. İnfrastruktur işləri - artıq yaşayış binalarının inşasına başlanılıb, Ağalı kəndi istifadəyə verilib, beş şəhərin Baş planı təsdiqlənib, yeni yaradılacaq kəndlərin yerləri müəyyən edilib". Newscenter.az xəbər verir ki, bu fikirləri Prezident İlham....
Prezident: "Vaxt itirmədən, tezliklə taxıl istehsalını artırmalıyıq"
"Qarabağ və Şərqi Zəngəzurla bağlı işlər arasında ərzaq təhlükəsizliyi məsələləri də vacib məsələlərdəndir. Bu il bu problemlə nəinki biz, artıq bütün dünya üzləşib. İndi informasiya kanallarında, mətbuatda taxıl qıtlığı ilə bağlı geniş məlumat yayılır". Newscenter.az xəbər verir ki, bu....
Ali Baş Komandan: "Hərbçilərin sosial müdafiəsi məsələləri yüksək səviyyədə təmin edilir"
Hərbçilərin sosial müdafiəsi məsələləri də Azərbaycanda yüksək səviyyədə təmin edilir. Hərbçilərin həm xidmət şəraiti, həm mənzil şəraiti haqqında bir çox məlumatlar var. Azərbaycanda bu sahədə görülən işlər deyə bilərəm ki, dünyada nadir hallarda təkrarlanır. Newscenter.az xəbər verir ki, bu....
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri gözlənilir
Gələn ay Qazaxıstan Prezidentinin Azərbaycana səfəri gözlənilir. Newscenter.az-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə giriş nitqində deyib. "Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan hər zaman fəallıq göstərmişdir və həm....
Prezident: "Ermənistan Azərbaycan ərazisindən silahlı birləşmələrini çıxarmaq istəmirsə, bunu açıq desin, işimizi bilək"
"Erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir". Newscenter.az-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında deyib. "10 noyabr Bəyannaməsi faktiki olaraq Ermənistanın....













