Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

26 rayon üzrə 2189 arıçıya subsidiya verilib

26 rayon üzrə 2189 arıçıya subsidiya verilib


Newscenter.az.12.12.2018. Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.
İclasda 26 rayon komissiyasından daxil olmuş sənədlərə baxılıb, 2189 arıçıya saxladıqları 4830 arı ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə (pətəyə) 10 (on) manat hesabı ilə cəmi 480300 manat məbləğində subsidiyanın verilməsi barədə qərarlar qəbul edilib.

Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyinin informasiya təminatı şöbəsindən bildirilib ki, iclasda Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri də iştirak edib. Rayon (şəhər) komissiyalarından daxil olan sənədlərə baxılması məqsədilə yaradılmış işçi qrupuna Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə yanaşı Azərbaycan Arıçılar Assosiasiyasınıntəmsilçiləri də daxildir.
Respublika Komissiyasının qərarı ilə subsidiya veriləcək arıçıların və onların arı ailələrinin (pətəklərinin) respublikanın rayonları və şəhərləri üzrə bölgüsü aşağıdakı kimi olmuşdur:


1. Abşeron- 20 nəfər, 807 arı ailəsi, 8070,0 manat
2. Ağcabədi- 65 nəfər, 1027 arı ailəsi, 10270,0 manat
3. Astara- 206 nəfər, 9708 arı ailəsi, 97080,0 manat
4. Bərdə- 26 nəfər, 638 arı ailəsi, 6380,0 manat
5. Füzuli- 121 nəfər, 1500 arı ailəsi, 15000,0 manat
6. Goranboy- 74 nəfər, 1800 arı ailəsi, 18000,0 manat
7. Gədəbəy- 342 nəfər, 4073 arı ailəsi, 40730,0 manat
8. Hacıqabul- 8 nəfər, 449 arı ailəsi, 4490,0 manat
9. İmişli – 2 nəfər, 100 arı ailəsi, 1000,0 manat
10. İsmayıllı- 5 nəfər, 65 arı ailəsi, 650,0 manat
11. Kürdəmir - 27 nəfər, 804 arı ailəsi, 8040,0 manat
12. Qazax- 244 nəfər, 3600 arı ailəsi, 36000,0
13. Qobustan- 81 nəfər, 1775 arı ailəsi, 17750,0 manat
14. Qubadlı- 3 nəfər, 74 arı ailəsi, 740,0 manat
15. Laçın - 43 nəfər, 523 arı ailəsi, 5230,0manat
16. Lənkəran- 102 nəfər, 3665 arı ailəsi, 36650,0 manat
17. Masallı – 171 nəfər, 2750 arı ailəsi, 27500,0 manat
18. Oğuz- 39 nəfər, 750 arı ailəsi, 7500,0 manat
19. Sabirabad- 2 nəfər, 80 arı ailəsi, 800,0 manat
20. Samux – 72 nəfər, 1088 arı ailəsi, 10880,0 manat
21. Samux-Gəncə- 3 nəfər, 100 arı ailəsi, 1000,0 manat
22. Şabran- 33 nəfər, 988 arı ailəsi, 9880,0 manat
23. Şamaxı- 238 nəfər, 6422 arı ailəsi, 64220,0 manat
24. Şəmkir- 173 nəfər, 3361 arı ailəsi, 33610,0 manat
25. Siyəzən- 73 nəfər, 1600 arı ailəsi, 16000,0 manat
26. Salyan- 16 nəfər, 283 arı ailəsi, 2830,0 manat

Cəmi: 2189 nəfər / 48030 arı ailəsi / 480300 manat

Rayon (şəhər) üzrə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya veriləcək arıçıların siyahısı, onların saxladıqları arı ailəsinin (pətəyin) miqdarı və hesablanmış subsidiyanın məbləği barədə məlumatlar Nazirliyin rəsmi internet səhifəsinin (http://agro.gov.az) "Subsidiyalar" bölməsindəyerləşdiriləcək.
Bu günə qədər Respublika Komissiyasının keşirilmiş iclaslarında ölkə üzrə cəmi 4654 arıçiya 113815 arı ailəsinə (pətəyə) görə 1138,15 min manat məbləğində subsidiyanın ödənilməsinə dair qərar qəbul edilmişdir.
Hazırda arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanı almaq üçün rayon (şəhər) komissiyalarına müraciətlər daxil olmaqdadar. Rayon (şəhər) komissiyalarından zəruru sənədlər daxil olduqca, Respublika
Komissiyasının iclasında arıçılara hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi ilə bağlı həmin sənədlərə baxılacaq.
Orxan
Xəbəri paylaş