Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Metro stansiyalarında dörd günlük konsert proqramı olacaq

 Metro stansiyalarında dörd günlük konsert proqramı olacaq


Newscenter.az.28.12.2018. Ənənəsinə sadiq qalan “Bakı Metropoliteni” QSC-nin yeni ilin astanasında sərnişinlərinə təqdim etdiyi bayram sürprizlərindən biri də konsert proqramı olacaq. Newscenter.az-a qurumun mətbuat xidmətindən bildirilib ki, bu proqram Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dekabrın 30-dan yanvarın 2-nə kimi sərnişin axınının çox olduğu və şəhər mərkəzində yerləşən stansiyaların vestibüllərində təqdim ediləcək.

Konsertin təşkilində əsas məqsəd metropolitendən istifadə edən şəhər sakinləri və qonaqlarının bayram ovqatını yüksəltməkdir. Musiqi proqramına milli və klassik musiqi nümunələri daxil edilib.

Canlı musiqi milli muğam üçlüyü, dünya və Azərbaycan klassik musiqi nümunələrini ifa edəcək kvartet tərəfindən “İçərişəhər”, “Sahil”, “28 May”, ”Elmlər Akademiyası” stansiyalarında aşağıda göstərilən saatlarda səsləndiriləcək
Xəbəri paylaş