Impera

XƏBƏR LENTİ
12:30Xəzər rayonunun 3 yaşayış massivində 24 km yol yenidən qurulur12:02Alma bağlarının hər hektarına görə fermerlərə 800 manat subsidiya veriləcək11:53BNA-dan sürücü və sərnişinlərə küləkli hava ilə bağlı xəbərdarlıq11:37Erməni tərəfi Qazax istiqamətində təxribat törədib11:22Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub10:57Azərbaycan və Rusiya gömrük orqanları arasında növbəti işçi görüş keçirilib10:30Belə bir başlıqla xəbər yaymaq hansı milli vicdana sığır?10:00Heyvandarlıqda innovativ yemləndirmənin əhəmiyyətinə həsr olunmuş konfrans keçirilib09:28Qazax və Ağdamdakı mövqelərimiz atəşə tutulub20:30Fuad Qəhrəmanlı AXCP sədrinin müavini vəzifəsindən istefa verib18:46Bakıda Ermənistan istehsalı olan qənnadı məmulatının satılması ilə bağlı məlumatlara aydınlıq gətirildi18:25Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavinləri vətəndaşlarla görüşüblər18:11Korporativ idarəetmə, daxili bazar araşdırmaları və investisiya təşviqi sənədinə dair onlayn maarifləndirmə tədbiri keçiriləcək17:51Nizami Cəfərov “Şöhrət” ordeni ilə təltif edilib17:46Elmin İnkişafı Fonduna yeni icraçı direktor təyin olunub17:23Birləşmiş Ərəb Əmirliklərində keçirilən “SMART SME MENA 2019” sərgisi başa çatıb17:02Azərbaycan Özbəkistanda keçirilən CAREC tədbirlərində təmsil olunub16:51Bu yolda hərəkət məhdudlaşdırılacaq16:26Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib16:04Paytaxt məktəblərində Beynəlxalq Sülh Günü qeyd edilib15:41Hərəkətin təhlükəsizliyinə zəmanət gücləndirilir15:31Azərbaycan ilə Hindistan arasında iqtisadi əməkdaşlıq müzakirə edilib15:00Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyi təsis edilib14:50Qazaxda kənd təsərrüfatında uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı zona müşavirəsi keçirilib14:06Bal yarmarkasına qeydiyyatı təsdiqlənmiş arıçıların məhsullarının qəbulu yekunlaşır13:51AAYDA rəhbərliyi vətəndaşları qəbul edib13:45Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edir13:40Sabah Azərbaycanda qar yağacaq13:30Özəl tibb sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib13:11Biz ədalətli oyunun tərəfdarıyıq: “Kaspersky Lab” kiberidmanda fırıldaqçılığa qarşı mübarizə həllitəqdim edir13:00Müəllimlər üçün peşəkar inkişaf proqramı həyata keçirilir12:46Şimal zonasında 1000-dən çox abonentin qaz təchizatında problem yaranıb12:30Hansı halda Ermənsitanla danışıqlar yoluyla problemin həll ediləcəyinə az da olsa ümid yaranır?12:24Hansı millət vəkili 300 min dollara görə deputat vəsiqəsini girov qoydu?12:09Hərbi təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunub - VİDEO11:56Keçən ay 54 bina üzrə 1488 mənzilə təbii qazın verilməsi təmin edilib11:37Mehriban Əliyeva neftçiləri təbrik edib11:12Azərbaycan və Ermənistan XİN rəhbərləriı sentyabrın 23-də Nyu-Yorkda görüşəcəklər10:59Sumqayıtın qaz təchizatında məhdudiyyət olacaq10:36Yeni subsidiya mexanizminin tətbiqinə dair fermerlərə təlimlər keçirilir10:11Dini Komitə rəhbərliyi vətəndaşları qəbul edəcək09:41Atəşkəs rejimi 21 dəfə pozulub09:19Azərbaycan və Tacikistan arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib09:00“Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümü qeyd olunur18:00Aparıcıdan “Qarabağ”a dəstək - Efirə belə çıxdı-VİDEO16:17"Azərsu" rəhbərliyi vətəndaşları qəbul edib15:46“Azərbaycan Dəmir Yolları” QSC TDƏŞ-in üzvlüyünə qəbul edildi14:21Enerji Effektivliyinə dair Milli Fəaliyyət Planının layihəsi müzakirə olunub13:44Baytarlıq sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr edilmiş tədbir keçirilib13:30"Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri saziş idi13:04Torpağa basdırılmış ümumi dəyəri 300 min manat olan alkoqollu içkilər və tütün məmulatları aşkar edildi (FOTO, VİDEO)12:41Təhsil müəssisələrində Milli Musiqi Günü qeyd edilib12:21Gələn ildən üzüm bağlarının hər hektarına görə fermerə 600 manat subsidiya veriləcək12:00Cari ilin sonuna qədər ümumi qaz hasilatında 20 fazi artım proqnozlaşdırılır11:44Ölkə üzrə qaz ixracı 5 dəfədən çox artıb11:30Müdafiə naziri hərbi təlimlərlə bağlı müşavirə keçirdi11:06"Əsrin müqaviləsi"- Azərbaycanı qlobal dünya iqtisadiyyatının tərkib hissəsinə çevirən layihə10:28ADAU tələbələri üçün böyük dəyər – Universitetin öz TV-si yaradılıb10:00Nobel və Babək prospektlərini birləşdirən küçələr yenidən qurulur09:30Mövqelərimiz atəşə tutulub09:00Əhməd Əhmədzadə vətəndaşlarla görüşüb15:17“Türk Hava Yolları” Avropa istiqamətində endirim kampaniyasına start verib15:05Pirotexniki vasitələr aşkarlandı14:57Milli Musiqi Günü metroda qeyd edilib14:21Azərbaycan-Tacikistan Aqrobiznes Forumu keçirilib14:09Gürcüstandan qeyri-qanuni yolla siqaret gətirilməsinin qarşısı alındı14:00Şagirdlərin yerdəyişməsi ilə bağlı 56 462 müraciət daxil olub13:47EKTİS-də qeydiyyatdan keçən fermerlərin sayı 335230 nəfərə çatıb13:29Qubada "Azərişığ"ın maşını dərəyə aşıb, ölənlər və yaralananlar var13:20Ramiz Mehdiyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb13:00Sabah Bakıda güclü külək əsəcək12:50Prezident İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib12:38Azərbaycanda 622689 hektar sahədə payızlıq əkinlər üçün şum aparılıb12:21Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçilir12:00Müəllimlərin İKT bilikləri yoxlanılır11:50Külli miqdarda dərman preparatları aşkar edilib (FOTO, VİDEO)11:23Müdafiə nazirinə təlimlərin gedişi barədə məruzə edilib – VİDEO10:49Futbolçu Mahir Emrelinin evini talamaqda şübhəli bilinən şəxslər tutulublar10:23Bir neçə yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb10:00İkitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub09:30Ermənilər atəşkəs rejimini 20 dəfə pozub19:00Kənd Təsərrüfatı Nazirliyinin dəstəklədiyi ilk aqrobiznes dəyər zənciri layihələri fəaliyyətə başlayıb18:03Nazir İnam Kərimov Azərbaycan Dövlət Aqrar Universitetində tədrisin təşkili prosesi ilə tanış olub16:38Zabrat qəsəbəsində səth sularının kənarlaşdırılması məqsədilə yeni layihənin icrasına başlanılıb16:19Bakıda növbəti beynəlxalq ekoloji aksiya keçiriləcək15:42Energetika Nazirliyində “Beynəlxalq Sülh Günü” ilə bağlı tədbir keçirilib15:17“Türk Hava Yolları” “2020-ci ilin beş ulduzlu qlobal hava yolları şirkəti” adına layiq görülüb14:42Avropa Şurası Azərbaycan əlaqələri qarşılıqlı hörmət prinsipinə əsaslanır14:14Neftçalanın daha bir kəndinə təbii qaz verildi14:03Kənd Təsərrüfatı Sənayesi və Əlaqədar Maşınların Sərgisi keçiriləcək13:50“İrəli” -nin əməkdaşları İspaniyada beynəlxalq layihədə13:40Paşinyanın komandasında "yarpaq tökümü" başladı13:25Azərbaycan ilə Böyük Britaniya arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub12:40Sosial sığorta haqlarının yığımı sahəsində görülmüş işlər müzakirə edilib12:11Qəza 350 abonenti qazsız qoydu12:00Bakıda “Strateji məhsul” mövzusunda beynəlxalq seminar keçiriləcək11:59Virtual müxalifətin ifasında siyasi-intellektual diskussiyaların yerini söyüş və təhqirlər tutur11:42Pirallahı rayonunun qaz təchizatı dayandırıldı11:35Son bir neçə gündə 84 abonentlə təbii qazın alqı-satqısına dair müqavilə bağlanıb11:29Birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb
BÜTÜN XƏBƏRLƏR
Eylül 2019 (474)
Ağustos 2019 (57)
Temmuz 2019 (579)
Haziran 2019 (568)
Mayıs 2019 (846)
Nisan 2019 (647)

«    Şubat 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728 

Azərbaycanın çap mətbuatına verilən növbəti şans

04 Fevral 2019, 09:38   
Azərbaycanın çap mətbuatına verilən növbəti şans


Newscenter.az.4.02.2019. Uzun müddətdir ki, Azərbaycanda qəzetlərin oxunmaması, onların yerini internet saytların tutması heç kimə sirr deyildi. Hətta 10 il bundan öncə baş yazarlar tərəfindən qəzetlərin satılmaması fonunda onların tamamilə bağlanacağı və çap mətbuatının sıradan çıxacağı istiqamətində həyacan təbili çalınırdı.

Məhz belə bir məqamda hakimiyyət məsələyə müdaxilə etməli oldu və tamamilə yeni qurum, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) yaradıldı. KİVDF-nin yaranmasından sonra qəzetlərə maliyyə yardımı verilməyə başladı.

İllərdir, bu maliyyə bir növ çoxsaylı çap mediasının yaşaması üçün süni nəfəs rolunu oynamaqdaydı.

Belə ki, bilavasitə dövlət başçısının dəstəyi nəticəsində KİVDF-nin xətti ilə qəzetlərin maliyyələşdirilməsinə yönəlmiş vəsaitlər 2009-cu ildən bu günə kimi çap mediasının ayaqda durması üçün ən mühüm vasitə oldu desək, yanılmarıq. Prezidentin bu dəstəyi ilə Azərbaycan milli mətbuatı sıradan çıxmaq təhlükəsindən qurtuldu.

Ancaq təəssüf ki, ümumi vəziyyət dəyişmədi. Gəlin hamımız etiraf edək ki, bu dəstək sayəsində xaricə gedəndə həsədlə baxdığımız qəzetlərlə bizim qəzetlər müqayisəyə belə gəlmirdi. Yəni, davamlı maliyyə dəstəyi Azərbaycanın çoxsaylı çap mətbuatını inkişaf etmiş ölkələrin mətbuatına yaxınlaşdıra bilmədi. Bundan başqa, bütün dünyada baş verən prosesdən-elektron və sosial medianın ənənəvi mətbuatı sıradan çıxarmasından da yan qaçmaq mümkün olmadı.

Bu gün Azərbaycanda print media dərin böhran içindədir. Əlində telefonu, masası üzərində kompyüteri olan oxucu elektron mediaya daha çox müracət edir, nəinki qəzetlərə. Nəticədə çap mətbuatı oxucu auditoriyasını itirir, tiraj aşağı düşür, ciddi maliyyə böhranı ilə baş-başa qalır. Beləcə, çap maşınları hər gün müəyyən tiraja malik qəzetləri boşu-boşuna istehsala hazırlayır.

Nə qədər ağrılı olsa da belə bir mənzərə ilə üz-üzəyik; dövlətin maddi dəstəyi elə bir arxayınlıq yaradıb ki, çap mətbuatı oxucu qazanmağın üsulları axtarışına belə meyl etmir. Vəziyyət o həddə çatıb ki, hətta heç bir jurnalist öz həmkarının geniş araşdırmanı əhatə edən yazılarını sistemli, əvvəldən axıra, ya yarımçıq, ya da ümumiyyətlə, oxumur-başlığa baxılıb kənara qoyulur. Ciddi, ətraflı təhlillər də oxunmur. Hamı elektron və sosial mediada hər dəqiqə yenilənən qısa informasiya arxasınca qaçır.
Belə olan halda, ortaya suallar çıxır. Qəzetlər özü yazıb, özü oxuyursa, bunlar ümumiyyətlə, kimə lazımdır? Dövlətin dəstəyi ilə qəzetlərin yaşaması nə qədər davam edə bilər və ya bu faktor çap mediasının yaşaması üçün nə zamana kimi başlıca mənbə olaraq qalacaq?

Yaranmış yeni vəziyyət KİVDF-ni çıxış yolu kimi yeni addımlar atmağa məcbur edib. Başladılan yeni dönəm heç bir halda çap mətbuatının tam sıradan çıxması, hansısa qəzetlərin bağlanması kimi yozulmamalıdır.
Əslində, KİVDF-nin yeni tələbləri Azərbaycanın çap mətbuatını daha da inkişaf etdirməyə, onu inkişaf etmiş ölkələrdəki duruma gətirməyə hədəflənib. Bu tələblər içərisində filan qəzetlər bağlansın ifadəsi yer almayıb və zatən KİVDF-nin belə bir səlahiyyəti də yoxdur.

Nədən ibarətdir yeni tələblər?

Bundan sonra Fondun KİV-ə maliyyə yardımı müsabiqəsində son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilərlər. Xarici dillərdə nəşr olunan gündəlik və həftəlik ictimai-siyasi qəzetlər üçün tirajın minimum 3000, satış və abunənin isə minimum 1500 nüsxə olması nəzərdə tutulur.
Sərtləşdirilimiş bu tələblər, ilk növbədə çap mətbuatını dünyanın inkişaf etmiş ölkələrindəki mətbuatla ayaqlaşmağa məcbur edəcək.

Gəlin baxaq; bu gün əksər dövlətlərdə cəmi bir neçə mərkəzi qəzet çıxır. Hamımız onların gözəl tərtibatından tutmuş, texniki imkanlarına, böyük tirajlarına, geniş oxucu auditoriyasına və yüksək əmək haqqlarına həsəd aparırıq. Azərbaycanda isə vəziyyət fərqlidir. KİVDF nə az, nə çox 33 qəzetə maliyyə ayırır. Eyni zamanda, sahə qəzetləri, aylıq, regional qəzetlər də bu sırada yer alıb. Bu qəzetlərin heç biri nə işçilərinə yüksək əmək haqqı verə bilir, nə də bəzi MDB ölkələri ilə belə müqayisə oluna biləcək səviyyədə çıxır. Elə isə Azərbaycan kimi geniş əraziyə malik olmayan bir ölkədə, əksəriyyətinin tirajı 5 mini ötməyən bu qədər qəzetin dövlət dəstəyi sayəsində yaşaması nə qədər zəruridir?

Belə bir vəziyyətdə KİVDF-nin yeni tələblərinə haqq qazandırmamaq olmur. Bu tələblər Azərbaycan mətbuatında yeni səhifə açmağa hədəflənib. İstər-istəməz print mediada mərkəzləşmə prosesi başlayacaq və bunun ilkin nəticələri də görünməkdədir. Bir sıra qəzetlər artıq bu tələblərdən sonra çapını dayandırdığını elan edib və elektron formada fəaliyyət göstərmək qərarı verib. Bəziləri isə yeni şərtlərə uyğun fəaliyyətini quracağını bildirib. Deməli, meydanda yalnız özünə güvənən, cəmiyyət tərəfindən qəbul olunduğuna, oxunduğuna inanan qəzetlər qalacaq.

Görünən həm də odur ki, bu proses qəzet bazarında pozitiv keyfiyyət və kəmiyyət dəyişikliyi ilə yanaşı, milli mətbuatın müasir dünya standartlarına uyğunlaşmasına şərait yaradacaq. Nəhayət ki, növbəti mərhələdə Azərbaycanda müasir tərtibata malik, geniş texniki imkanları olan, əməkhaqqısı və ən mühümü ictimaiyyətin maraqlarına cavab verən mətbuat orqanları görə biləcəyik.

Bütün hallarda hakimiyyətin məhz belə bir çap mətbuatı görmək istədiyi açıq-aşkar göz önündədir. Bunu yüksək səviyyədə gerçəkləşdirmək isə peşəkar jurnalistlərdən böyük əmək sərfi gözləyir...

ELMAN Babayev
OXŞAR MÖVZULAR