Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Göygöldə qəza nəticəsində ölənlərin sayı 8-ə çatdı

Göygöldə qəza nəticəsində ölənlərin sayı 8-ə çatdı


Newscenter.az.29.04.2019. Məlum olduğu kimi Göygöl rayonunda ağır yol qəzası baş verib.

"Report"un Qərb mərkəzinin məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı ümumilikdə, 8 nəfər ölüb, 1 nəfər yaralanıb.

Bunlar Daşkəsən rayon sakinləri - 1995-ci il təvəllüdlü Eldəniz Gəray oğlu Həsənov, 2018-ci il təvəllüdlü Rübab Eldəniz qızı Həsənova, 1934-cü il təvəllüdlü Firəngiz Dəmir qızı Orucova və 1958-ci il təvəllüdlü Nahidə Qəzənfər qızı Orucova (hamısı "VAZ-2107" markalı avtomobildə olublar), həmçinin 1986-cı il təvəllüdlü Aslan Əbülfət oğlu Camalov, 1949-cu il təvəllüdlü Həmid Səməd oğlu Bayramov, 1995-ci il təvəllüdlü Sevinc Mehman qızı Camalova və 2016-cı il təvəllüdlü Hüseyn Aslan oğlu Camalovdur.

Bundan əlavə, Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Ruhiyyə Ramiz qızı Həsənova xəsarət alıb.
Artıq meyitlər ailələrinə təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3 (nəqliyyatda iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Xəbəri paylaş