Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTA sədri ÜST-ün Azərbaycan üzrə nümayəndəsi ilə görüşüb

AQTA sədri ÜST-ün Azərbaycan üzrə nümayəndəsi ilə görüşüb


Newscenter.az.16.05.2019. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Respublikası üzrə nümayəndəsi Hande Harmancı ilə görüşüb.

Newscenter.az-a Agentlikdən bildirilib ki, Qoşqar Təhməzli əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərlə bağlı qonağı məlumatlandırıb.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Hande Harmancı isə birgə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səyləri artıracağını vurğulayıb.
Görüşdə Agentliklə ÜST arasında əməkdaşlığın perspektivləri, birgə həyata keçiriləcək tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.
Orxan
Xəbəri paylaş