Impera

XƏBƏR LENTİ
13:35Mübariz Qurbanlı Qaxda vətəndaşları qəbul edəcək12:59Festivalla bağlı daşımalar başladı12:23Jurnalistlərin Şəkiyə mediaturu təşkil edilib-FOTOLAR12:03Zərurət yaranacağı təqdirdə Metropoliten ehtiyat qatarlar xəttə buraxılacaq11:35Kassa çeklərinin təqdim olunması ilə bağlı vergi nəzarəti tədbirlərinə başlanıb10:30İlahiyyat İnstitutunun tələbələri Türkiyəyə “Yay məktəbi”nə yola düşüb10:00“Azəriqaz”da təcili səyyar xidmət yaradıldı09:46BDU beynəlxalq reytinq agentliyinin sıyahısında09:30Atəşkəsin pozulması halları intensivləşdi16:15Xaçmazda “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusunda regional konfrans keçirilib15:41İlk Carlsberg Summer Cup futbol turnirinin qalibi müəyyən oldu15:23Padar-Böyük Söyüdlü-Qarabulaq-Çaldaş avtomobil yolu yenidən qurulur14:51STM-də millət vəkili Əli Hüseynli ilə görüş keçirilib14:18“Rusiya-Azərbaycan münasibətlərində diaspor amili: KİV-in rolu və müasir proseslər” mövzusunda tədbir keçirilib-FOTOLAR14:00AQTA FAO ilə birlikdə yeni layihənin icrasına başlayır13:44Siqaret və spirtli içkilərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb13:28Şəmkirdə ölmüş vəziyyətdə kəsilən heyvan cəmdəyi aşkarlanıb13:02Arıçılara 4265330 manat subsidiya veriləcək12:55Əli Kərimlinin "vətənpərvər"lik damarı tutub12:42Azərbaycanla Gürcüstan arasında strateji dostluq münasibətləri möhkəmdir11:58“Loqos” da Prof.Dr. İshak Özkan ilə görüş keçirilib11:18Hərbi birlikdə təlim-metodiki toplantı keçirilib10:49Avropa Komissiyasının rəhbəri bəlli oldu09:55Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində hüquqi şəxslərin qeydiyyatı başlayıb09:40Cəbhədə nisbi sakitlikdir09:00Azərbaycan-Əfqanıstan iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib21:09İsraillə vergi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib20:02Dövlət Komitəsində Rusiyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib19:48Azərbaycanla İtaliya arasında tibbin inkişafı və gələcək əməkdaşlığın qurulmasına dair görüş keçirilib19:15“Mövcud biznesin inkişafı və pul axını” mövzusunda seminar keçiriləcək18:35Kənd Təsərrüfatı Nazirliyi heç bir kənd təsərrüfatı məhsulunun qiymətinin müəyyənləşməsində iştirak etmir18:00Rusiya Azərbaycanlıları İttifaqının qətiyyətli addımlarından sonra MeqaFon şirkəti bir daha belə bir addım atmaz-VİDEO17:42Biləsuvar rayonunda məcburi köçkünlər üçün salınmış qəsəbələrin içməli su təchizatı yaxşılaşdırılır17:00Azərbaycan və Əfqanıstan arasında nəqliyyat və İKT sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub17:00Azərbaycanda bu günədək 3086495 ton taxıl yığılıb16:45İqtisadiyyat naziri Əfqanıstan nümayəndə heyəti ilə görüşüb16:08Latviyada təhsil təqaüd proqramının nəticələri açıqlanıb15:28ATXƏM nümayəndə heyəti İqdırda "15 temmuz Milli Birlik və Demokrasi günü" tədbirlərinə qatılıb-FOTOLAR14:27Irandan Azərbaycana keçən qadının al paltarından "metadon" həbləri aşkar edildi14:09Zərdab–Qaravəlli avtomobil yolu yenidən qurulur13:45Sabahın hava proqnozu açıqlanıb13:02Milli Qəhrəman Zabit Quliyev ziyarət olunub12:13Rusiyanın “Minbar” jurnalında Azərbaycan haqqında yazılar dərc olunub10:44RAİ-nin mətbuat xidmətinin rəhbəri cəbhə bölgəsində yaşayan gənclərlə görüşüb10:19Pedaqoji mühazirələrin nəticələri bəlli olub10:05Keşikçidağ məbədi ətrafında baş verənlər təxribat deyil09:33Təmas xəttində nisbi sakitlikdir18:17Azərbaycan və Gürcüstan məcburi strateji ortaqdırlar18:14Sabirabadda “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib17:40Aqrar sahə üzrə KOB-lara öz təsərrüfatlarında təlimlər keçirilir17:37Diaspor gəncləri rəsmi şəxslərlə görüşüb17:08Gürcüstanın Azərbaycandakı səfiri XİN-ə çağırılıb və izahat istənilib16:50Azərbaycan güclü olmağa məhkumdur16:42İdmançı və məşqiçilərlə görüş keçiriləcək16:26QHT sədri 15 iyul şəhidinin ailəsinə baş çəkib16:09Dövlət Gömrük Komitəsinin Akademiyasında ixtisasartırma təlimlərinə qatılan növbəti gömrükçü qrupu ilə görüş keçirilib.15:43Binəqədi rayonunda “Diplomatiya Akademiyası” layihəsinin iştirakçıları ilə görüş təşkil edilib15:31AQTA magistr təhsili almaq üçün qəbul olunmuş şəxslərə müraciət edir15:17Rusiya Azərbaycanlıları İttifaqı MeqaFonu səhvini düzəltməyə mıəcbur etdi15:03Salyanda uzunluğu 17.2 km olan yerli əhəmiyyətli avtomobil yolu yenidən qurulur14:46Azərbaycan dünya ölkələri arasında öz mövqeyini daha da möhkəmləndirir14:15“Türk Hava Yolları” qitələrarası uçuşlarda sərnişinlərə yeni dəstlər təqdim edir13:18Sabah hava necə olacaq?13:03Ankara Qərbin bir nömrəli hədəfi halına gəldi13:00Qubada kütləvi zəhərlənmə: 5 nəfər xəstəxanaya yerləşdirilib12:41Vətəndaşın çantasında və üzərində mobil telefonlar aşkarlanıb12:34Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırıldı12:21Türkiyə Aralıq dənizində təbii qaz rezervi aşkarlayıb12:08AQTA-nın jurnalnın ilk nömrəsi çapdan çıxıb11:56BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq imkanları müzakirə edilib11:43Mübariz Qurbanlı Amerikaya səfərə gedir11:36DANX nümayəndələri sürücülərin peşə hazırlığı üzrə Avropa İttifaqı təcrübəsi ilə tanış olacaqlar11:20Energetika Nazirliyinin rəhbərliyi vətəndaşları qəbul edəcək10:34Qaxda zəlzələ olub10:27Quba və Xaçmazda qanunsuz heyvan kəsiminin qarşısının alınması ilə əlaqədar reyd keçirilib10:13RAİ:“MeqaFon-un Qarabağı müstəqil dövlət sayması Rusiya-Azərbaycan münasibətlərinə təhlükədir”10:00Səhiyyə Nazirliyi Şəki Xan Sarayında xəsarət alanların son vəziyyətini açıqlayıb09:45Məktəblimiz beynəlxalq olimpiadanın qalibi olub09:29Cəbhədə nisbi sakitlikdir09:00İntizamlı məhbuslara həbsxana kameralarının açarları veriləcək15:57Azərbaycan və Türkiyə QHT-ləri əməkdaşlıq protokolu imzaladı-FOTOLAR15:30“Heydər Əliyev: dəyərlərimizin keşiyində” adlı sənədli film hazırlanıb14:47ƏDV bəyannamələrini vergi orqanları dolduracaq13:32“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştırakçıları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda12:44Su-25 hücum təyyarələrinin döyüş atışlı uçuş məşqləri keçirilib-VİDEO12:28Biznesin inkişaf etdirilməsi mövzusunda görüş keçirilib12:00Rusiya nə qədər Türkiyə ilə yaxınlaşsa da, Moskva Ankaranı Cənubi Qafqazda yaxın buraxmayacaq11:40Fizuli Məmmədovun xeyriyyəçilik fəaliyyətini örnək kimi təbliğ etmək lazımdır-VİDEO11:03Güclü külək dalğanın hündürlüyünü 4,7 metrə çatdırıb10:51Dövlət Komitəsində Cümhuriyyət varislərinə medallar təqdim olunub10:25Müstəqillik yolunun astanası - 14 iyul 1969-cu il09:33Təmas xəttində nisbi sakitlikdir20:46“Diaspor fəaliyyəti və media” mövzusunda müzakirə aparılıb20:09BNA-dan küləkli hava ilə bağlı xəbərdarlıq19:21Müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir18:20“Kənddən Şəhərə” satış mərkəzinin Əhmədli filialı istifadəyə verilib16:48Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ulu öndəriun xatirəsini yad edib16:34Partiya sədrindən erməni nazirə çağırış16:18Fövqəldövləti idarə edən Siyasət Dahisi16:09Səhmdar Cəmiyyət rəhbərliyi vətəndaşları qəbul edib
BÜTÜN XƏBƏRLƏR
Temmuz 2019 (389)
Haziran 2019 (568)
Mayıs 2019 (846)
Nisan 2019 (647)
Mart 2019 (323)
Şubat 2019 (329)

«    Haziran 2019    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Azərbaycan nümayəndə heyəti 23-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda

08 İyun 2019, 11:55   
Azərbaycan nümayəndə heyəti 23-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda


Newscenter.az.8.06.2019. İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti 6-8 iyun 2019-cu il tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən 23-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edir. Newscenter.az xəbər verir ki, bu barədə məlumatı İqtisadiyyat Nazirliyinin mətbuat xidmıəti yayıb.

Qeyd edək ki, 1997-ci ildən etibarən keçirilən, qabaqcıl platformaya çevrilmiş Forum iqtisadi baxımdan dünyanın əhəmiyyətli iqtisadi tədbirlərindəndir və 2006-cı ildən Rusiya Federasiyasının Prezidentinin himayəsi və iştirakı ilə təşkil edilir. Forumun keçirilməsində məqsəd rəsmilərin, biznes və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə iqtisadi problemlərin həlli istiqamətində müzakirələrin aparılmasıdır. Forumda tədbirlər ənənəvi olaraq panel sessiyalar, dəyirmi masalar, televiziya verilişləri və Rusiyanın müxtəlif ölkələrlə əlaqələrinə həsr olunmuş biznes dialoqları şəklində həyata keçirilir. Bu il keçirilən Forum çərçivəsində “Tarazlıq axtarışında qlobal iqtisadiyyat”, “Rusiya İqtisadiyyatı: Milli İnkişaf Məqsədlərinə nail olunması”, “İlk növbədə insanlar”, “Gələcəyi formalaşdıran texnologiyalar” kimi 4 əsas tematik istiqamətdə işgüzar müzakirələr, ikitərəfli biznes dialoqlar, B20 Regional Məsləhətləşmələr Forumu və başqa tədbirlər təşkil edilib.

İyunun 7-də Azərbaycan nümayəndə heyətinin rəhbəri, İqtisadiyyat naziri Şahin Mustafayev 23-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko ilə görüşüb.

Görüşdə İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan və Rusiya dövlət başçılarının birgə səyləri, siyasi iradəsi və qarşılıqlı səfərləri sayəsində ikitərəfli əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və əlaqələrin bütün istiqamətlərdə inkişaf etdiyini vurğulayıb. Bu baxımdan ötən ilin sentyabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiyaya rəsmi səfəri, aparılmış danışıqlar, səfər zamanı imzalanmış sənədlər mühüm əhəmiyyət kəsb edir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Ötən il Rusiya ilə ticarət dövriyyəsi 19% artaraq 2,5 milyard dollar çatıb. Artım tendensiyası 2019-cu ildə də davam edir. Belə ki, bu ilin 1-ci rübündə ticarət dövriyyəsi 23% artıb. Şahin Mustafayev bildirib ki, investisiya sahəsində qarşılıqlı əməkdaşlıq həyata keçirilir, birgə layihələr icra olunur. Bu ilin əvvəlində Hacıqabul Sənaye Məhəlləsində “QAZ Qrup” şirkəti ilə əməkdaşlıq haqqında saziş imzalanıb və “QAZ” markalı avtomobillərin istehsalı zavodunun təməli qoyulub. Bu yaxınlarda Pirallahı Sənaye Parkında dərman istehsalı zavodunun tikintisinin ilk mərhələsi başa çatdırılıb. Bununla yanaşı, "SOCAR Polimer" Zavodunun tikintisinin birgə maliyyələşdirilməsi uğurlu əməkdaşlığın nümunəsidir. “Qazprombank” həmçinin, “Azərkimya” İstehsalat Birliyinin yenidən qurulması və digər layihələri maliyyələşdirir.

Şahin Mustafayev vurğulayıb ki, Azərbaycanla Rusiya Federasiyasının federal subyektləri, o cümlədən Sankt-Peterburq vilayəti arasında iqtisadi əməkdaşlıq inkişaf edir, iqtisadi-ticarət əlaqələri genişlənir. 2018-ci ildə Sankt-Peterburq vilayəti ilə ticarət dövriyyəsi 7,3% artıb. Bununla belə, iqtisadi əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün potensial böyükdür.

Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko Azərbaycanla Rusiyanın Leninqrad vilayəti arasında əlaqələrin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb, imzalanan Sazişin həm Azərbaycan, həm də Leninqrad vilayəti üçün uğurlu olacağını, əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini vurğulayıb.

Görüşdə Azərbaycan və Rusiya Federasiyası Leninqrad vilayəti arasında əlaqələrin inkişafı barədə müzakirələr aparılıb.

Sonra Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyasının Leninqrad vilayəti Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq haqqında Saziş imzalanıb. Sazişdə təsərrüfat subyektləri arasında birbaşa əlaqələrin, qarşılıqlı ərzaq məhsulları sərgilərinin, birgə yarmarkaların təşkili, texnika və elm sahəsində əlaqələrin gücləndirilməsi, təhsil, elm, səhiyyə və mədəniyyət, turizm, idman, gənclər sahələrində fəaliyyət göstərən təşkilatlar arasında əlaqələrin qurulması və s. məsələlər nəzərdə tutulur.

Qeyd edək ki, 23-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Rusiyanın “Roskonqres” Fondu arasında əməkdaşlıq haqqında saziş də imzalanıb.

23-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Azərbaycan və Rusiya iş adamlarının görüşünün təşkili nəzərdə tutulur.
OXŞAR MÖVZULAR