Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda III Milli Mühasiblər Forumu keçiriləcək

Bakıda  III Milli Mühasiblər Forumu keçiriləcək


Newscenter.az.11.06.2019. İyunun 12-də Bakı şəhərində III Milli Mühasiblər Forumu keçiriləcək.

Newscenter.az-a Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən daxil olan məlumata görə, forum Vergilər Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Auditorlar Palatası, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, Gənc Mühasiblər Birliyi, Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA), Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) birgə təşkilatçılığı ilə həyata keiçirilir.

Tədbirdə mühasibat uçotunun inkişafı, mühasibat uçotu və vergi qanunvericiliyi sahəsində baş verən dəyişikliklər ətrafında müzakirələrin təşkili nəzərdə tutulur.

Tədbir Bakı Biznes Mərkəzində 09.00-da başlayacaq və gün ərzində davam edəcək.
Xəbəri paylaş