Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BDU fotoşəkil müsabiqəsi keçirir



Newscenter.az.29.07.2019. Bakı Dövlət Universiteti 100 illik yubileyi münasibətilə “BDU fotolarda” adlı fotoşəkil müsabiqəsi elan edir. Təhsil ocağının Mətbuat və informasiya şöbəsindən

Newscenter.az-a bildirilib ki, müsabiqənin şərtlərinə əsasən fotolar universiteti əks etdirməli, orijinal və məzmunlu, aydın və keyfiyyətli olmalıdır. İştirakçılar müsabiqəyə ən çox 3 foto göndərə bilərlər. İnternetdə, saytlarda, həmçinin kitablarda istifadə edilmiş fotolar müsabiqədə iştirak etməyəcək.

Fotolar 2019-cu ilin sentyabrın 30-na kimi [email protected] ünvanına “mövzu” yerinə “foto-müsabiqəyə” qeyd edilməklə göndərilməlidir. Qeyd olunan tarixdən gec göndərilən foto-şəkillərə baxılmayacaq.

Müsabiqədə 1-ci, 2-ci və 3-cü yeri tutanlara mükafatlar və diplomlar, fərqlənən digər iştirakçılara isə müxtəlif hədiyyələr və sertifikatlar təqdim olunacaq, ən yaxşı şəkillər müxtəlif sərgilərdə və kitablarda təqdim ediləcək.
Xəbəri paylaş