Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Azadlıq" radiosunun növbəti yalanı ortaya çıxdı" sözü deyəsən Praqadakıların xoşuna gəlir



Yaxud radio əməkdaşı alverçini necə fermer etdi?

Newscenter.az.9.09.2019.
"Azadlıq" radiosu növbəti dəfə yalan, qərəz dolu material hazırlayıb.

Newscenter.az. xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov belə bir açıqlama ilə çxış edib. Nazirlik rəsmisi facebook profilində qeyd edib ki, sözügedən radionun əməkdaşı goranboylu "fermer"dən açıqlama alıb:

"Fermer" sözünü niyə dırnaq arasında yazdığımı anlayacaqsınız. Beş hektar torpağı olduğunu deyən "fermer" pomidorun qiymətinin ucuz olduğunu, məhsulun sahədə qaldığını, sata bilmədiyini, bu səbəbdən növbəti ildən pomidor əkməyəcəyini deyir. "Aqrar Tədarük və Təchizat" ASC-nin əməkdaşı "fermer"in məhsulunu almaq üçün kəndə gedib. Məlum olub ki, "Azadlıq" radiosunun fermer kimi qələmə verdiyi kişi yol kənarında mal satan alverçidir. Adamın torpağı da yoxdur. Bunu "Aqrar Tədarük və Təchizat" ASC-nin əməkdaşına "fermerin" oğlu etiraf edib. Yol kənarındakı alverçini "fermer" deyə qələmə vermək, onu öyrədərək "məhsulum əlimdə qalıb, sata bilmirəm, əkçəcəcəyəm" dedirtməkdə məna nədir? Bunun media ilə, jurnalistika ilə nə əlaqəsi var? "Azadlıq" radiosunun növbəti yalanı ortaya çıxdı" sözü deyəsən Praqadakıların xoşuna gəlir.
Orxan
Xəbəri paylaş