Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Gömrük Komitəsinin sədri Türkiyə Respublikası ticarət nazirinin müavini ilə görüşüb



Newscenter.az.14.09.2019. Sentyabrın 14-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Türkiyə Respublikası ticarət nazirinin müavini Qönçə Yılmaz Baturun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Newscenter.az-a DGK-dan bildirilib ki, qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev qardaş ölkənin nümayəndə heyəti ilə görüşdən məmnunluğunu dilə gətirərək, Azərbaycan və Türkiyə arasındakı strateji əməkdaşlıq münasibətlərinin tarixi köklərə dayandığını bildirib və son illər hər iki ölkə rəhbərinin həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasət hesabına bu əlaqələrin daha da möhkəmləndiyini diqqətə çatdırıb.

S.Mehdiyev qeyd edib ki, xüsusilə son illər regionda həyata keçirilən nəqliyyat və logistika layihələrinin Azərbaycanla Türkiyənin təşəbbüsü və iradəsi ilə reallaşması münasibətlərin yüksək səviyyədə olmasının bariz nümunəsidir.

DGK sədri Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar çərçivəsində gömrük orqanlarında daha çevik, daha modern idarəçilik metodlarının tətbiq edildiyini, beynəlxalq ticarətin asan və sürətli şəkildə reallaşdırılması, vətəndaşların maksimum dərəcədə məmnuniyyətinin təmin olunması üçün yeni layihələrin icra olunduğunu bildirib. Komitə sədri iki ölkənin gömrük orqanları arasında mütəmadi təcrübə mübadiləsinin aparıldığını bildirib, qarşılıqlı məlumat mübadiləsinin daha effektiv həyata keçirilməsinin vacibliyinə toxunub və bu istiqamətdə atılan addımlardan danışıb.

Türkiyə Respublikası ticarət nazirinin müavini Qönçə Yılmaz Batur iki ölkə arasındakı münasibətlərdən bəhs edib, gömrük orqanlarının da bu sahədə mühüm rol oynadığını bildirib.

Ölkələrimiz arasında istər siyasi-iqtisadi, istərsə də mədəni-humanitar əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirən Qönçə Yılmaz Batur Azərbaycanla qardaşlıq əlaqələrinin hər zaman daha yüksək səviyyəyə qaldırılmasının vacibliyini qeyd edib. Qarşılıqlı məlumat və təcrübə mübadiləsinin gömrük sferasında əlaqələri gücləndirdiyini bildirən qonaq, bu istiqamətdə birgə əməkdaşlığın daha da genişləndirilməsinin önəmindən bəhs edib.

Görüşdə Azərbaycan və Türkiyə gömrük orqanları arasında əməkdaşlığın perspektivləri barəsində ətraflı fikir mübadiləsi aparılıb.

Zaur
Xəbəri paylaş