Türkiyəyə raket zərbəsi endirildi, çoxlu sayda yaralı var
Tarix: 10-10-2019, 17:45
Newscenter.az.10.10.2019. Türkiyənin Şanlıurfa əyalətinin Akçakale rayonuna Suriyanın terrorçu PKK/YPG-PYD qruplaşmasının işğalı altında olan ərazisindən 4 top mərmisi atılıb.
Newscenter.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində biri on aylıq körpə olmaqla 3 nəfər həlak olub, 17 nəfər yaralanıb. Yaralanlar xəstəxanaya yerləşdirilib. atdığı mərmilər rayon mərkəzinə düşüb.











































