Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclası keçirilir



Newscenter.az.11.10.2019. Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının iclası keçirilir.

"Report" "Sputnik-Qazaxıstan"a istinadən xəbər verir ki, sammitin gündəliyinə növbəti iclasın keçirilməsi barədə qərar qəbul edilməsi, həmçinin birliyin gələcək sədrinin seçilməsi daxildir.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edir.

MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən iclasından sonra bir sıra çoxtərəfli sənədlərin, o cümlədən Böyük Vətən Müharibəsində qələbənin 75 illiyi ilə əlaqədar birlik xalqlarına və dünya birliyinə müraciətin imzalanması planlaşdırılır.

Qeyd edək ki, 2019-cu ildə Müstəqil Dövlətlər Birliyinə Türkmənistan sədrlik edir.
Xəbəri paylaş