Impera

XƏBƏR LENTİ
14:34Avropa İttifaqının bu yanaşması hazırkı böhran vəzyyətində anlaşılan deyil14:20Sərnişin daşınması üzrə sıxlıq azalıb14:05Karantin rejimi qaydalarını pozaraq fəaliyyət göstərən “play station” salonu aşkar edilib13:53Sabah hava necə olacaq?13:44Yer kürəsinə yaxınlaşan komet parçalanmağa başladı13:29Məhdudiyyətlər deputatların avtomobillərinə şamil edilməyəcək13:16Aralıq dənizində yanan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib13:06Xeyirxahlıq missiyası12:54Xanlar Vəliyev yenidən Hərbi prokuror vəzifəsinə təyin edilib12:47Motoatıcı bölmələrdə atəş hazırlığı üzrə məşğələlər keçirilir - VİDEO12:395G ölüm texnologiyasıdırmı?12:18Paytaxtda silahlı şəxs saxlanılıb12:05Azərbaycanda sanitar-epidemioloji vəziyyət nəzarət altındadır11:51Əli Əsədov: "Koronavirus sınağından üzüağ çıxacağıq"11:45Bakıda gizli şəkildə fəliyyət göstərən kafe aşkarlandı11:37“Gəlin bir bayraq altında birləşək” aksiyasına ADY də qoşulub-VIDEO11:14Spiker: "Azərbaycan koronavirusla mübarizənin ön sıralarında dayanır"10:55Samux rayonunda 39.5 km-lik yerli əhəmiyyətli yol yenidən qurulur10:32Gürcüstanda koronavirusa yoluxanların sayı 214-ə çatdı10:09“Azərpoçt” MMC vətəndaşlara səyyar xidmət göstərir09:47Karantini pozduğuna görə 1 445 sürücü inzibati məsuliyyətə cəlb edilib09:35Düşmən müxtəlif istiqamətlərdən mövqelərimizi atəşə tutub09:00Dünyada koronavirusa yoluxanların sayı 1,5 milyon nəfəri ötdü08:44"Vişeqrad qrupu" Azərbaycana maliyyə yardımı ayıracaq08:40Koronavirusdan ən çox bu ölkələr itki verir - SİYAHI08:30“Eurovision Planet Magazine”: Azərbaycan yarışmanın qalibi olacaq - VİDEO23:41Prezident oğlu koronavirusa yoluxdu23:11TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı22:48Dünyada koronavirus qurbanlarının sayı 79 min nəfəri ötdü22:20Türkiyədə koronavirusdan ölənlərin sayı 800-ü ötdü21:55İqtisadiyyat Nazirliyi: “Ərzaq çatışmazlığından söhbət gedə bilməz”21:33Ağdamda ehtiyacı olan ailələrə ərzaq yardımı təqdim edilib.-FOTOLAR20:23AVP sədrinin müavini bir neçə aztəminatlı ailəyə ərzaq tardımı etdi-FOTOLAR-VİDEO20:00Dövlət Agentliyindən icaze.e-gov.az portalı ilə bağlı xəbərdarlıq19:48Qarabağımızın acı taleyində vaxtilə "iblis" rolunu oynayan Levon Ter-Petrosyan19:31Azərbaycanda dini cəhətdən vəziyyət ürək açan deyil19:20Vaxtı bitmiş şəxsiyyət vəsiqələrinin istifadə müddəti uzadıldı19:08Azərbaycanda koronavirusa yoluxanlardan 37-sinin durumu ağırdır18:55Modul tipli xəstəxanaların qurulmasına başlanılıb18:45Ölkəmizdə karantin rejiminə baxmayaraq ictimai nəqliyyatda vətəndaşlar əvvəlki qaydada daşınır18:40Azərbaycanda koronavirusa yoluxma riski böyük olan ərazilər bunlardır18:36Azərbaycanda 3 aylıq ərzaq ehtiyatı var18:30BMU-da dərslərin 86 %-i onlayn formada təşkil edilib18:17Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı Mərkəzinə 22320 zəng daxil olub18:10Ramin Bayramlı: "Ölkədə qan ehtiyatı var, amma donor sayında azalma müşahidə olunur"18:05Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 751 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunur17:55Keçən ay Azərbaycanda gündəlik 763,9 min barrel neft hasil edib17:44Azərbaycanda 5 milyon maska ehtiyatı yaradılıb17:40Süni tənəffüsə bağlanan xəstələrin sayı çoxalsa, vəziyyət pisləşəcək17:36Son sutka ərzində karantin qaydalarını pozan şəxslər barədə 3 073 inzibati tədbir görülüb17:33Azərbaycanda 53 mindən çox koronavirus testi aparılıb17:20Azərbaycanda 822 nəfər koronavirusa yoluxub17:06Azərbaycanda daha 105 nəfərdə koronavirus aşkarlanıb16:57Millət vəkili Könül Nurullayeva qanvermə aksiyasına başlayır16:34Aqrar Kredit və İnkişaf Agentliyinə yeni səlahiyyət verilib16:24İş adamı karantini pozdu, maşınla yol qurğularını qırıb keçdi16:18Tank heyətlərinin döyüş hazırlığı yoxlanılır - VİDEO15:50Dövlət Agentliyinin səlahiyyətləri artırıldı15:44Şamaxıda karantini pozan şəxslər cərimələndi15:38Aztəminatlı ailələrə ərzaq yardımı göstərilib15:29Azərbaycana iyuladək yarış keçirməmək tövsiyə olundu15:15“Evdə qalaq, bilgi alaq” adlı onlayn psixoloji dəstək layihəsinə start verilir15:03Azərbaycan - Ermənistan qarşılaşması ləğv olundu15:00Samuxda 15 subartezian quyusu qazılacaq14:45Pandemiya Azərbaycanın dəmir yolu ilə yük daşımalarına təsir etməyib14:24Karantin rejimində icazə üçün saxta arayış satan jurnalistlər saxlanıldı13:47Sona Əliyeva: "“Dövlətimiz bizim qeydimizə bizdən daha yaxşı qalır”13:29Onlayn yolla narkotik satan şəxs saxlanıldı- VİDEO13:18Türk Ticarət və Sənaye Palatasının (TCCI) təşəbbüsü ilə COVID-19 pandemiyası ilə mübarizə mövzusunda video-konfrans keçirilib13:14Azərbaycan Ordusunda snayperlərin hazırlığı yoxlanılır13:00Sabah hava yağışlı olacaq12:40Qarabağda koronavirus aşkarlanan kənd karantinə alındı12:32Azərbaycanda humanizm prinsipləri dövlət siyasətinin təməlində dayanır12:12Pandemiya dövründə işsiz şəxslərə dəstək olmaq məqsədi ilə şimal zonasında 700 nəfərə yaxın yerli əhali işlə təmin olunacaq11:59Cari ilin birinci rübündə elektrik enerjisinin istehsalı 175,1 mln. kVt·st artıb11:31Onkoloji xəstələr koronavirusdan necə qorunmalıdır?11:17Millət vəkili: "Günün qəhrəmanları sırasında həkim və polislərlə yanaşı jurnalistlərin (KİV əməkdaşları) də əməyi mütləq qeyd olunmalıdır"11:0026 cinayətin üstü açılıb10:46TƏBİB koronavirusun qanla yoluxması məsələsinə aydınlıq gətirdi10:46Son 7 gün ərzində 8 514 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olundu10:42Lerikdə müəllim həbs edildi10:34Dövlət Komitəsi kişiləri ev işlərini görməyə çağırdı10:25Karantin rejimini pozduqlarına görə avtomobildə olan 1 569 nəfər cərimələndi10:08Müvafiq icazəsi olmayan şəxslər müəyyən olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər davam etdirilir10:02Evdən çıxmaq icazəsi üçün 2 milyon 289 min SMS göndərilib09:49Gürcüstanda koronavirusa yoluxanların sayı 200-ü ötdü09:30İcazə sistemi ilə bağlı yeni funksiyalar yaradılıb09:15Düşmən 24 dəfə atəşkəs rejimini pozub09:00İsmayıllıda gündə 15 min maska istehsal olunur00:14Dünyada koronavirusa yoluxanların sayı 1,4 milyondan çoxdur23:29Kürdəmirdə karantin rejimini pozanlar həbs olundu22:23Koronavirus tərəfindən vurulan zərbəni Azərbaycanda ilk olaraq öz üzərinə götürən gömrükçülər və sərhədçilər oldu21:46Millət vəkili Arzu Nağıyev aztəminatlı, tənha yaşayan 50 ailəyə ərzaq yardımı edib21:33Regionlarda karantin rejimini pozanlar cərimələndi21:04Türkiyədə pandemiya qurbanlarının sayı 725 nəfərə yüksəldi20:46Nyu-Yorkda koronavirusdan ölənlərin sayı 5 479-a çatdı20:15Azərbaycan koronavirusla bağlı müayinələrin sayına görə dünyada liderlər sırasındadır19:39AzMİU-nun magistratura pilləsində də onlayn təhsilə start verilib19:16Azərbaycan Rusiyadan yeni nəsil SU-35 alır18:42Avropa İttifaqı koronavirusla mübarizəyə maliyyə dəstəyi ayırır
BÜTÜN XƏBƏRLƏR
Nisan 2020 (463)
Mart 2020 (1234)
Şubat 2020 (624)
Ocak 2020 (9)
Aralık 2019 (384)
Kasım 2019 (731)

«    Ekim 2019    »
PtSaÇaPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bu ilin 9 ayında vergi orqanlarının xətti ilə icmal büdcəyə 7 milyard 683,1 milyon manat vəsait daxil olub

23 Oktyabr 2019, 14:28   


Newscenter.az.23.10.2019. Dövlət büdcəsinə vergi daxilolmalarının təmin olunması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığında həyata keçirilən islahatlar vəvergi nəzarətinin təkmilləşdirilməsi, vergi uçotunun düzgün qurulması istiqamətində 2019-cu ilin 9 ayı ərzində görülən işlər nəticəsində “kölgə iqtisadiyyatı”nda cəmlənmiş dövriyyələrin şəffaflaşdırılması prosesinin sürətləndiyi müşahidə edilir. Newscenter.az-a nazirlikdən bildirilib ki, cari ilin 9 ayındaaktiv vergi ödəyicilərinin, o cümlədən aktiv ƏDV ödəyicilərinin, habelə aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayının artması, qeyri-dövlət sektorunda bağlanmış əmək müqavilələrinin sayında və əməkhaqqı fondunda, iqtisadiyyatın ayrı-ayrı sektorlarında dövriyyələrin yüksək artım dinamikası,könüllü bəyanetmə səviyyəsininyüksəlməsi vergi daxilolmalarına müsbət təsir edib. Nəticədə həm tədiyyə növləri üzrə, həm də qeyri-neft-qaz sektorunun əksər sahələrində vergi daxilolmalarının yüksək artım templəri müşahidə olunmaqdadır.

Vergi daxilolmaları

2019-cu ilin yanvar-sentyabr aylarında vergi orqanlarının xətti ilə icmal büdcəyə 7 milyard 683,1 milyon manat vəsait daxil olub ki, bunun da 5 milyard 608,7 milyon manatı dövlət büdcəsinə ödənilmiş vergilər, 2 milyard 74,4 milyon manatı isə Dövlət Sosial Müdafiə Fondunaödənilmiş sosial və işsizlikdən sığorta haqlarıdır. Vergilər Nazirliyi tərəfindən vergi daxilolmaları üzrə proqnoza 106,4 faiz əməl olunub, proqnoza nisbətən 337,5 milyon manat, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz və ya 302,8 milyon manat məbləğində artıq vəsait daxil olub. Vergi daxilolmalarının 70,0 faizi qeyri-neft-qaz sektorunun, 30,0 faizi neft-qaz sektorunun payına düşüb. Cari ilin 9 ayında 2019-cu il üzrə illik vergi proqnozunun 76,7 faizi, o cümlədən qeyri-neft-qaz sektoru üzrə illik proqnozun 78,9 faizi icra olunub.
Hasilatın Pay Bölgüsü sazişləri üzrə neft hasilatının aşağı düşməsi şəraitində neft-qaz sektoru üzrə vergi daxilolmalarında azalma müşahidə edilir. 2019-cu ilin 9 ayında neft-qaz sektorundan daxilolmalar əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz azalsa da, bu azalma qeyri-neft-qaz sektorundan daxilolmaların artımı hesabına artıqlaması ilə kompensasiya olunub.

Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 12,6 faiz və ya 439 milyon manat artaraq 3 milyard 928,8 milyon manat təşkil edib. Qeyri-neft-qaz sektoru üzrə proqnoz 110,1 faiz icra olunub, proqnozdan əlavə 361,1 milyon manat vergi toplanıb.
Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə daxilolmalar 14,1 faiz artıb və sektorda ÜDM-nin nominal artım tempini üstələyib. Özəl bölmənin qeyri-neft vergi daxilolmalarında xüsusi çəkisi isə 77,3 faizə qalxıb. Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları üzrə könüllü ödənişlərin xüsusi çəkisi 92 faizə çatıb.

Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarında yüksək artım templəri, əsasən, ƏDV, aksiz, mənfəət, əmlak və torpaq vergisi üzrə qeydə alınıb. Torpaq vergisi üzrə daxilolmalarda artım 51,7 faiz, əmlak vergisi üzrə 41,9 faiz, mənfəət vergisi üzrə 24,5 faiz,ƏDV üzrə 20,2 faiz, aksizlər üzrə isə 4,8 dəfə təşkil edib. Vergi daxilolmalarının strukturunda ƏDV, aksiz, əmlak və mənfəət vergilərinin xüsusi çəkisinin artımı müşahidə olunur. Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının strukturunda ƏDV-nin xüsusi çəkisi 34,4 faizə, mənfəət vergisi üzrə 26,1 faizə qalxıb.

Bu tədiyələrdə yüksək artım dinamikası dövriyyələrin şəffaflaşdırılması şəraitində müşahidə olunmaqdadır.Cari ilin 9 ayında qeyri-neft-qaz sektorunun bütün fəaliyyət sahələrində vergi daxilolmalarının artımı müşahidə edilib. Daxilolmalarda ən yüksək artım templəri rabitə sahəsində (34,5 faiz), bank və sığorta sektorunda (30,6 faiz), pərakəndə ticarət sektorunda (21,8 faiz), xidmət sektorunda (17,6 faiz), nəqliyyatda (14,2 faiz), digər fəaliyyət sahələrində (21,8 faiz) qeydə alınıb.

Vergi inzibatçılığının təkmilləşdirilməsi və rəqəmsallaşdırılması sahəsində görülən işlər nəticəsində iqtisadi fəaliyyət sahələrində real vergi potensialının aşkarlanması və bu əsasda büdcəyə vergi daxilolmalarının artırılması təmin olunmaqdadır. Bu,özünü xüsusilə ƏDV üzrə daxilolmalarındinamikasında göstərir. Cari ilin 9 ayında ƏDV üzrə daxilolmanın artım tempi 20 faizdən çox olub. Bir sıra fəaliyyət sahələrində, o cümlədən ticarət, nəqliyyat, kənd təsərrüfatında və digər sahələrdə bu artım 30 faizdən yuxarıdır.

2019-cu ilin yanvar-sentyabr aylarında regionlardan vergi daxilolmaları 12,2 faiz artıb, regionların ümumi vergi daxilolmalarında xüsusi çəkisi 10,2 faizə yüksəlib.

İqtisadiyyatda leqallaşma prosesləri özünü aktiv vergi ödəyicilərinin, o cümlədən ƏDV ödəyicilərinin və aktiv obyektlərin sayında da büruzə verir. Cari ilin oktyabr ayının 1-nə ötən ilin müvafiq dövrü iləmüqayisədə aktiv vergi ödəyicilərinin sayı 13,0 faiz, aktiv ƏDV ödəyicilərinin sayı 38,5 faiz, aktiv obyektlərin sayı isə 12,6 faiz artıb.

Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalar

“Kölgə iqtisadiyyatı”nın miqyasının azaldılmasına yönəlmiş vergi islahatları çərçivəsində əmək münasibətlərinin şəffaflaşdırılması xüsusi yer tutur. 2019-cu ildə qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə fiziki şəxslərin aylıq əmək haqlarının 8 min manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsi bu sahədə iş yerlərinin və əmək gəlirlərinin şəffaflaşmasına şərait yaradıb. Cari ilin 9 ayı ərzində qeyri-dövlət bölməsində 90 minəyaxın yeni əmək müqaviləsi qeydə alınıb ki, bu da həmin dövr ərzində artmış əmək müqavilələri sayının 71,4 faizini təşkil edir.

Bu şəraitdə sosial sığorta haqları üzrə daxilolmalar 20,6 faiz artıb, proqnoz 107,2 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 21,9 faiz artıb, proqnoz 108,7 faiz icra edilib. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 40,3 faiz artıb, proqnoz 107,3 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə həmin daxilolmalar 44,8 faiz artıb, proqnoz isə 110,4 faiz icra edilib.

Zaur
OXŞAR MÖVZULAR