Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daha iki yaşayış massivinə qaz verildi



Newscenter.az.28.10.2019. Lənkəran rayonunun Liman şəhərindəki yeni yaşayış massivinə qaz verilib.

Newscenter.az-a "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, burda 52 abonent mavi yanacaqdan istifadə imkanı qazanıb. Bundan başqa, Cəlilabad rayonunun Səttərxan küçəsindəki yeni massivdə də 131 abonent qazla təmin olunub.

Qeyd edək ki, Dövlət Proqramı əsasında “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2019-cu ildə regionlarda 61 yaşayış məntəqəsində və 31 yeni yaşayış massivində qazlaşdırılma işlərinin aparılması nəzərdə tutulub. Bunlardan 46-na təbii qaz verilib, 5-də hal-hazırda işlər davam etdirilir, qalan məntəqə və massivlərdə qazlaşma işləri yekunlaşaraq yaxın zamanlarda təbii qazın verilməsi təmin olunacaq.

Zaur
Xəbəri paylaş