Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabahdan elektrik qatarlarının Sabunçu stansiyasınadək hərəkəti bərpa olunacaq



Newscenter.az.28.10.2019. 29 oktyabr 2019-cu il tarixdən etibarən Bakı-Sabunçu-Bakı elektrik qatarlarının Sabunçu stansiyasına kimi hərəkəti bərpa olunur. Bu barədə məlumat Newscenter.az-a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyindən daxil olub. Bildirilib ki, Bakı-Sabunçu-Bakı elektrik qatarlarının qüvvədə olan hərəkət qrafiki saxlanılır.

Qeyd edək ki, 26 avqust 2019-cu ildən Sabunçu dəmir yolu stansiyasının ərazisindəki avtomobil keçidində tunelin inşası ilə əlaqədar olaraq, Bakı-Sabunçu-Bakı elektrik qatarları Bakıxanov dayanacağına qədər hərəkət edirdi.

Anar
Xəbəri paylaş