Şəmkirdə ağır yol qəzası baş verib, ölənlər və xəsarət alanlar var
Tarix: 30-10-2019, 07:00
Newscenter.az.30.10.2019. Şəmkirdə ölümlə və xəsarətlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax yolunun Şəmkir rayon Əliyaqublu kəndinin ərazisindən keçən hissəsində olub.
"VAZ-2106" və "VAZ-21099" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb, daha 4 nəfər yaralanıb.