Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMU-da müəllimlərin işə qəbulu prosesi ilə bağlı seminar və ilk təqdimat



Newscenter.az.20.12.2019. Azərbaycan Respublikası Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzi və Bakı Mühəndislik Universitetinin (BMU) Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu prosesi ilə bağlıseminar keçirilib.

Newscenter.az-a təhsil ocağından bildirilib ki, tədbirdə Nazirliyin İnsan Resursları Mərkəzinin əməkdaşları çıxış edərək, mərkəzin yaranması tarixi və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, qurum mərkəzləşdirilmiş qaydada, proqram təminatı vasitəsilə dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulunu, yerdəyişməsini, daimiləşməsi müsabiqələrini, həmçinin direktorların işə qəbulu prosesinin imtahan mərhələsini, həmin müəssisələrdə çalışan pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsini həyata keçirir.Son iki il müddətində mərkəz tərəfindən keçirilən müsabiqələrdə 18 minə yaxın namizəd uğur qazanıb.

Seminarda, həmçinin ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu qaydaları və müsabiqənin mərhələləri diqqətə çatdırılıb, əmək haqqının hesablanması forması, həvəsləndirmə tədbirlərinin tətbiq olunması, eyni zamanda xüsusi kadr tələbatı olan ixtisaslar barədədanışılıb.

Sonra müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanmış BMU məzunları - İsmayıllı rayonu İstisu kənd orta məktəbinin ibtidai sinif müəllimi Şahin Muradlı (51 bal), Bakı şəhəri 217 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Tahirə Cəbizadə (57 bal), Şamaxı rayonu Quşçu kənd orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Nigar Musayeva(55 bal) çıxış ediblər. Onlar seçimlərində yanılmadıqlarını bildiriblər, eyni zamanda, müəllimlərin işə qəbulu ilə bağlı keşirilən müsabiqə ilə bağlı öz təəssüratlarını bölüşüblər.
Seminarda Nazirliyin İnsan Resursları Mərkəzi tərəfindən hazırlanmış “Sən də onlardan biri ol!” videoçarxının ilk dəfə təqdimatı da keçirilib.
Daha sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

Tədbirin sonunda tələbələrə İnsan Resursları Mərkəzinin fəaliyyətini əks etdirən bukletlər paylanılıb.

R.Mehdiyeva
Xəbəri paylaş