Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-da koronavirusa yoluxanların sayı 60 min nəfəri ötdü



Newscenter.az.25.03.2020. ABŞ-da COVID-19 infeksiyasına yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 60 min nəfərdən çoxdur.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin federal və yerli məlumatları əsasında hesablamalar aparan Cons Hopkins universiteti bildirib.

Universitetin məlumatına görə, Birləşmiş Ştatlarda koronavirusa 60 115 yoluxma halı təsdiqlənib, 827 nəfər ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib.

Təşkilatın son məlumatlarına görə, dünyada 372 mindən çox insan virusa yoluxub, 16 mindən insan pandemiyanın qurbanı olub.
Xəbəri paylaş