Gürcüstanda koronavirusa yoluxanların sayı 156-ya çatdı
Tarix: 4-04-2020, 10:21
Newscenter.az.4.04.2020. Gürcüstanda təsdiqlənən koronavirusa yoluxma hallarının sayı 156-ya yüksəlib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Koronaviruslu xəstələrin 28-i sağalıb. Karantində 5 526, stasionar nəzarətdə isə 344 nəfər saxlanılır.
Hazırda qonşu ölkədə 128 aktiv COVID-19 infeksiyası daşıyıcısı var.











































