Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağdamda ehtiyacı olan ailələrə ərzaq yardımı təqdim edilib.-FOTOLAR



Newscenter.az.8.04.2020. Əhalinin müxtəlif təbəqələrinin, o cümlədən imkanlı şəxslərin koronavirusa qarşı mübarizə tədbirlərinə dəstək verməsi, sosial həmrəylik nümayiş etdirməsi görülən işlərin səmərəliliyinə bilavasitə təsir edən xüsusi əhəmiyyətli məsələlərdəndir.

Newscenter.az Ağdam Rayon İcra Hakimiyyətinə istinadən verdiyi xəbərə görə, respublikanın hər yerində olduğu kimi, Ağdam rayonunda da gündəlik davam edən xeyriyyə tədbirləri sosial məsuliyyəti, dövlət-vətəndaş birliyini əks etdirən əsas amillərin bariz göstəricisidir.

Belə ki, Ağdam rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə ahıl, kimsəsiz və daha çox ehtiyacı olan olan insanlara hər gün baş çəkilir, onlara ərzaq yardımı göstərilir.
Xəbəri paylaş