Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zərdab seçicilərinin problemləri millət vəkili və icra başçısının koordinasiyalı fəaliyyəti nəticəsində həllini tapır



Newscenter.az.5.05.2020
. "Ötən həftənin cümə günü Zərdab şəhərinin 1 may küçəsinin keçilməz vəziyyətdə olduğuna və problemin aradan qaldırılması üçün köməklik göstərməyimə dair keçmiş opponentim Jalə Mütəllimova tərəfindən müraciət aldım. Özünə də bildirdiyim kimi, həmin küçənin öz vəsaitimlə cari təmiri üçün bundan 3 il əvvəl əraziyə köməkçimi və yol idarəsinin mühəndisini göndərmişdim. Lakin yerli sakinlər etiraz etdilər. Yolun əsaslı təmir edilməsini və həmin ətrafa kanalizasiya xəttinin çəkilməsini tələb etdilər".

Newscenter.az-ın xəbərinə görə, millət vəkili Jalə Əliyeva təəssüf hissi ilə qeyd edib ki, həmin dövrdə müəyyən səbəblərlə sakinlərin yolun əsaslı təmiri ilə bağlı tələblərini yerinə yetirmək mümkün olmadı:

“Kanalizasiyaya gəlincə, bilirsiniz ki, 2006-2019-cu illər ərzində hər il hökümətin hesabatl və büdcə müzakirələri vaxtı bu problem tərəfimizdən Milli Məclisdə səsləndirilib. 2011-ci ildə bunun üçün dövlət büdcəsindən vəsait ayrılıb və təmir işləri başlasa da, bir il sonra həmin tikinti işləri, yenə də təəssüf olsun ki, yarımçıq qalıb. Bilməyinizi istəyirəm ki, rayona kanalizasiya xəttinin çəkilişi işlərinin yenidən başladılması və ayrı-ayrı kəndlərimizdə mövcud olan müxtəlif səpkili çətinliklərin aradan qaldırılmasına kömək göstərilməsi üçün bu yaxınlarda hökümətin Milli Məclisdə hesabatı vaxtı Nazirlər Kabinetinə yazılı müraciətimizi ünvanlamışam”.

Millət vəkili qeyd edib ki, 2020-ci ilin Parlament seçkilərindən sonra isə, rayonun yeni rəhbəri, Mərdan Camalovla rayonda həllivacib məsələlərlə bağlı ətraflı söhbətləri olub: “Yeri gəlmişkən, cənab Prezident İlham Əliyev tərəfindən ötən ilin noyabr ayında Zərdab rayonuna İcra Başçısı vəzifəsinə təyin edildiyi gündən bəri, rayonun inkişafı, abadlaşdırılması, gözəlləşdirilməsi, əhalinin çoxsaylı müraciətlərinin həlli istiqamətində həyata keçirtdiyi uğurlu fəaliyyət üçün hörmətli Mərdan müəllimi elə buradan təbrik edir, ona təşəkkürlərimi çatdırır və uğurlarının davamını arzulayıram. O, rayonun bütün sahələri üzrə mövcud və ortaya çıxan problemləri sırayla həll etməyə çalışır. Eyni zamanda yol infrastrukturunun inkişafı, daxili yollarımızın təmir edilməsi işləri də planlı şəkildə həyata keçirilir. Bu çərçivədə Cabbarlı və Axundov küçələri artıq asfaltlanıb. Allahqulubağı-Alıbəyli-Gəlmə kəndlərini birləşdirən yol hazırda təmir edilir, bu günlərdə Dədə Qorqud dairəsindən rayonun girişinə qədər uzanan və şəhərin mərkəzi yolu olan Heydər Əliyev prospektinin təmiri başlayacaq. Gördüyünüz kimi, dayanmadan iş gedir. Növbənin mütləq 1 may küçəsinə də çatacağını zatən bilirdim. Lakin bununla belə, müraciəti cavabsız qoymamaq və imkan daxilində 1 may küçəsinin də qısa zamanda təmirinin başlanması üçün, elə həmin gün rayon rəhbərliyi və yol idarəsinin rəisi Elman Cavadi ilə əlaqə saxladım. Mövcud imkanlarla bizə necə kömək edə biləcəkləri ilə maraqlandım. Sağ olsunlar! Bizi qırmadılar! Elə səhəri gün 1 may küçəsinə texnika göndərdilər. Küçə başdan-ayağa qreyderləndi. Çuxurlar hamarlandı. Dünən köməkçim Firdovsi Eyvazovla birlikdə, gedib yola baxış da keçiriblər. Gəlmə yolunun təmiri bitdikdən sonra isə, mərkəzi prospektə paralel olaraq 1 may küçəsi də bərpa ediləcək və asfaltlanacaq. Mən müraciətimizə belə duyarlı və operativ yanaşdıqları üçün həm Mərdan Camalova, həm də Elman qardaşımıza təşəkkür edirəm. İnanırıq ki, bir-neçə ildən bəri həllini gözlədiyimiz yol ən qısa zamanda öz abadlığı ilə bizləri sevindirəcəkdir, inşallah”.

Anar
Xəbəri paylaş