Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ceyhun Bayramov: "Həmsədrlər Ermənistana təsir göstərməlidir"



Newscenter.az.26.08.2020. “Əfsuslar olsun ki, Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları davam edir”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Moskva şəhərində rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşdən sonrakı mətbuat konfransı zamanı bildirib.

“Belə ki, avqustun 23-də səhər sübhdən Ermənistan ordusunun kəşfiyyat-diversiya qrupu Azərbaycan Silahlı Qüvvələrinin mövqeyinə hücum etməyə cəhd göstərib, onlar geri oturdulub, komandirləri isə əsir götürülüb”, - nazir qeyd edib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın tutduğu mövqeyin beynəlxalq hüquq normaları və prinsiplərinə, habelə BMT Təhlükəsizlik Şurasının qətnamələri başda olmaqla beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə söykəndiyi də diqqətə çatdırılıb.

“Münaqişənin dinc yolla həlli Azərbaycan torpaqlarının işğaldan azad olunmasına, qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qaytarılmasına əsaslanmalıdır. Substantiv danışıqların davam etməsi üçün beynəlxalq birlik, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Ermənistana daha konstruktiv mövqe tutması istiqamətində təsir göstərməlidir”, - nazir vurğulayıb.
Xəbəri paylaş