Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Neft Fondunun icraçı direktoruna yeni müşavir təyin edilib



Newscenter.az.1.09.2020. Bəhruz Bəhramov Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib.

Bu barədə Newscenter.az-a ARDNF-dən məlumat verilib.

Qeyd edək ki, Bəhruz Bəhramov 2016-cı ildən hazırkı tarixədək ARDNF-nin Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsində çalışıb. Daha öncə Fondun İnvestisiya və Risklərin idarə edilməsi departamentlərində müxtəlif vəzifələrdə, 2014-2016-cı illər ərzində isə ARDNF-nin Risklərin idarə edilməsi departamentinin direktor müavini vəzifəsində işləyib.

B.Bəhramov Azərbaycan Dövlət İqtisad Universitetində və Fransanın Nitsa-Sofiya Antipolis Universitetində iqtisadiyyat üzrə bakalavr təhsili, Nitsa-Sofiya Antipolis Universitetində maliyyə ixtisası üzrə magistr dərəcəsi alıb.
Xəbəri paylaş