Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya vertolyotunun vurulmasında erməni məkrinin və hiyləsinin olmaması inanılmazıdır



Newscenter.az.9.11.2020. Azərbaycan hərbçiləri tərəfindən Rusiyaya məxsus Mi-24 hərbi helikopterinin vurulması heç də xoşagələn hadisə deyil. Müharibədə belə xoşagəlməz hadisələrin olması nə qədər mümkün olsa da, hazırki məqamda baş verən bu hadisədə erməni məkrinin və hiyləsinin olmaması inanılmazıdır.

Azərbaycan gedən proseslərə üçüncü tərəflərin qoşulmasının qarşısını almağa çalışdıqca, işğalçı Ermənistan bir o qədər münaqişəni beynəlmiləlləşdirməyə və xüsusilə də Rusiyanı hadisələrə cəlb etməyə çalışır.

Ona görə də düşünürəm ki, hazırki döyüşlərin qızğın vaxtında bir hərbi helikopterin, sərhədlərimizə, vurula biləcəyi təhlükəsini yaradan məsafəyə qədər yaxınlaşması Ermənistan ərazisində baş versin, orda erməni təxribatı olmasın, bu sadəcə qeyri-mümkündür! Əminəm ki, hazırda məkrli Lavrov maşını da artıq faəliyyətə başlayıb.

Ümumiyyətlə 27 sentyabrdan başlayaraq, nəticələri ermənilərin xeyrinə ola biləcək istənilən təsadüfi hadisədə onların hiyləsinin varlığını düşünmüşəm. Hər bir halda Azərbaycan tərəfi beynəlxalq qaydalara əsasən rəsmi bəyanatını səsləndirib. Gözləyək Rusiya rəsmilərinin reaksiyasını.

Xəyal Bəşirov-siyasi ekspert
Xəbəri paylaş