Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan güləşçisi erməni rəqibini məğlub etdi



Newscenter.az.12.12.2020. Azərbaycanın yunan-Roma güləşçisi İslambek Dadov Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda yarımfinala yükləsib.

67 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda Ermənistan təmsilçisi Slavik Qalstyanla üz-üzə gəlib.

Qarşılaşma Dadovun qələbəsi ilə yekunlaşıb. O, 1/8 finalda Nilton Qarsiyanı (Peru), təsnifat mərhələsində isə Ruben Marvikeni (İtaliya) məğlub edib.

Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

55 kq-dakı Eldəniz Əzizli 1/4 finalda, Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) 1/8 finalda, Sənan Süleymanov isə təsnifat mərhələsində uduzub. Onlar rəqibləri finala çıxacağı təqdirdə təsəlliverici görüşdə iştirak edəcəklər.

Qeyd edək ki, Fərdi Dünya Kuboku dekabrın 18-də başa çatacaq.
Xəbəri paylaş