Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin tərkibi genişləndirilib



Newscenter.az.12.12.2020. “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilib.

Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Fərmanla Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin tərkibi 4 nəfərə çatdırılıb, həmçinin sədrin müavinlərinin sayı da bir nəfər artırılıb.

Qeyd edək ki, bu fərmanadək Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin tərkibi üç nəfərdən - Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və sədrin iki müavinindən ibarət idi.
Xəbəri paylaş