ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi tanınması illərin uğurlu idman siyasətinin nəticəsidir

18-02-2021, 01:14



Newscenter.az.18.02.2021. Xalqımızın ümummilli lideri Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdən müasir dövrə kimi idman sahəsinin inkişafını xüsusi nəzarət altında olmuşdir. Dövlət başçısı Cənab İlham Əliyevin uğurlu və qətiyyətlə həyata keçirdiyi idman siyasəti hər bir Azərbaycan gəncinin layiqli vətəndaş kimi böyüməsinə və inkişafına şərait yaradır. İdman sahəsində atılan hər bir addım və ardıcıl olaraq həyata keçirilən layihələr, yarışlar onu göstərir ki, ölkəmiz gənclərin gələcəyinin yaxşılaşdırılması və onların hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi yetişmələri üçün bütün imkanlara və ciddi islahatlar aparmaq iqtidarına malikdir.

Keçmişə nəzər salsaq görərik ki, ölkəmizdə idmanın inkişaf yolu müəyyən çətin mərhələlərdən qətiyyətlə keçmişdir. Manelərə, ölkədə yaranmış ictimai-siyasi problemlərə baxmayaraq ölkə idmanı dinmaik inkişafda olmuşdur. Bütün bunlar qətiyyətli siyasi fəaliyyətin nəticəsində baş tutmuşdur. Bu illərdə ölkədə dünya standartlarına cavab verən idman kompleksləri, sağlamlıq mərkəzləri, idman zalları tikilmiş xalqın istifadəsinə verilmişdir. Görülmüş nəqsədyönlü tədbirlər nəticəsində idmançılarımız Avropa, dünya çempionatlarında və olimpiya oyunlarında ölkənin bayarağını yüksəklərə qaldıraraq, beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsinə layiqli tövhələr vermişdir. Respublikada həyata keçirilən məqsədyönlü və davamlı idman siyasəti birmənalı olaraq gənclərin fiziki tərbiyəsində və ümumilikdə idmanın inkişafında da mühüm rol oynamışdır. Bu sahədə müasir qanunvericilik bazasının yaradılması, effektiv idarəetmə sisteminin formalaşdırılması, maddi-texniki bazanın inkişafı və həyata keçirilən islahatlar Azərbaycan gəncləri üçün uğurlu yol açmışdır.

Biz cəmiyyətə yalnız idmanla məşğul olan idmançılar, idman mütəxəssisləri deyil, həm də ölkənin mövcud ictimai quruculuğunda rolu olan, ərazi bütövlüyümüzün müdafisəində qətiyyətlə dayanan gənclər yetişdiririk. Fiziki tərbiyənin nəzəriyyəsinin təkmilləşdirilməsini tədqiq edən tədqiqatçılar belə bir müddəanı əsas götürürlər ki, fiziki tərbiyə gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsinə təsir göstərir, onların qıvraq, möhkəm bədənli, çətinliyə dözümlü, cəsarətli, mətin, iradəli, şən və gümrah böyüməsinə kömək edir. Demək cəmiyyətə yararlı, hərtətəfli formalaşmış gənclərin ötürülməsində biz müəllimlərin, idman mütəxəssislərinin üzərinə böyük yük düşür. İdmanın hərtərəfli müsbət təsirlərini nəzərə alaraq məktəblərdə, istər ali, istərsədə orta məktəblərdə fiziki tərbiyə işini tədrisin keyfiyyətini daha da yüksəldəcək dərəcədə qurmaq lazımdır. Bu sahədə islahatlar davamlı aparılmalı, tələbə-gənclərlə iş zamanın nəbzinə və beynəlxalq təcrübələrə istinadən qurulmalıdır. Azərbaycanın daxili və xarici inkişaf strategiyasının aparıcı qüvvəsi olan gənclərimizin yetişməsində həmrəy olub gücümüzü səfərbər etməliyik. Çünki, hər bir ölkənin parlaq gələcəyi onun bu günkü gəncliyi ilə sıx bağlıdır.

ADBTİA-nın prorektoru, professor Yusif Babanlı

Oxşar xəbərlər
SON XƏBƏRLƏR