Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat: "Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva cənab Prezidentə arxa, dayaq durmaqla ölkəmizdə qadınlara nümunədir".

Deputat: "Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva cənab Prezidentə arxa, dayaq durmaqla ölkəmizdə qadınlara nümunədir".


Newscenter.az.8.03.2021. "Qadın incəlik, zəriflik, namus və ləyaqət rəmzidir. Qadın ana, bacı, həyat yoldaşı, ailəsinə arxa və dayaqdır. Qadınlar dünyamızın bəzəyi, həyatımızın yaraşığıdır".

Newscenter.az xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı İlham Məmmədovun 8 mart beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan xanımlarına ünvanladığı təbrikdə yer alıb. Millət vəkilinin sözlərinə görə, həyatımızın elə bir sahəsi yoxdur ki, orada qadınların rolu, izi, əməyi olmasın:

"Bugün həyatımızda əvəssiz rola sahib olan qadınlar ölkəmizin ictimai-siyasi proseslərində aktiv iştirak edir, idarəetmənin müxtəlif sahələrində kişilərlə bərabər çiyin-çiyinə çalışır, fədkarlıq nümayiş etdirirlər. Məhz Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva da cənab Prezidentə arxa, dayaq durmaqla yanaşı, həm də bacarıqlı bir siyasətçi, gözəl bir ana kimi ölkəmizdə qadınlara nümunədir".

İlham Məmmədov bildirib ki, Azərbaycan qadınının böyütdüyü, tərbiyə etdiyi övladlar Vətən müharibəsində torpaqlarımızın azadlığı naminə canlarından, qanlarından keçərək bizə uzun illərin həsrətində olduğumuz qələbə sevincini yaşatdılar:

"Biz o, iğidlərin anaları qarşısında baş əyir, əllərindən öpürük.vƏziz xanımlar, sizləri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, sevinc dolu, sevgi dolu günlər arzulayıram. Hər zaman üzünüz gülsün, xoşbəxtlik nəsibiniz olsun.Bayramınız mübarək!"

NEWSCENTER.AZ
Xəbəri paylaş