Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ İsrailin İrana cavab hücumunu dəstəkləməyib

ABŞ İsrailin İrana cavab hücumunu dəstəkləməyib


Birləşmiş Ştatlar İsrailin İrana qarşı cavab hücumunu dəstəkləməyib.

Newscenter.az xəbər verir ki, bu barədə CNN Ağ Evdəki mənbələrə istinadən məlumat verib.

Telekanal xəbər verir ki, İsrail dövləti Vaşinqtonu gözlənilən hücumla bağlı əvvəlcədən xəbərdar edib. Lakin Birləşmiş Ştatlar İsrailin İrana cavab hücumunu dəstəkləməyib.

"Biz bu hücum planını dəstəkləmədik",-deyə Ağ Evdəki rəsmi mənbə CNN-nə bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında İsrail aprelin 13-də İranın ona qarşı hücumuna cavab olaraq İslam Respublikasına zərbələr endirib.

Mehman Mehdiyev
Xəbəri paylaş