Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Mütərəqqi texnologiyalar və innovasiyalar” mövzusunda IX Respublika elmi-texniki konfransı keçirilir

“Mütərəqqi texnologiyalar və innovasiyalar” mövzusunda IX Respublika elmi-texniki konfransı keçirilir


Azərbaycan Texniki Universitetində (AzTU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunan “Mütərəqqi texnologiyalar və innovasiyalar” mövzusunda IX Respublika elmi-texniki konfransı işinə başlayıb.

Newscenter.az xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə universitetin foyesində Ulu Öndərin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Daha sonra ümummilli lider Heydər Əliyevin və Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib.

İştirakçıları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev konfransın işinə uğurlar arzulayıb. Rektor bildirib ki, konfransda AzTU ilə yanaşı 25 elmi müəssisə, universitet və digər təşkilatlardan gənc tədqiqatçılar elmi məruzələrlə çıxışlar edəcəklər. Hər il ənənvi olaraq keçirilən konfransın əhəmiyyətindən danışan rektor bildirib ki, burada təqdim olunan tədqiqat işləri məqsədyönlü olmalıdır. Tədqiqatlar nəticəsində alınan nümunələrin sənayeyə transformasiyasının vacibliyini vurğulayan rektor bu istiqamətdə texniki yönümlü ali məktəblərin üzərinə düşən vəzifələri də qeyd edib. O, müasir dövrdə texnologiyaların və mühəndisliyin rolu, universitetdə tədqiqatın və innovasiyaların prioritetliyi barədə fikirlərini bildirib.

Daha sonra çıxış edən Bakı Mühəndislik Universitetinin prorektoru Ağası Məlikov, Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunun şöbə rəisi Yalçın İsayev konfransda müzakirə olunacaq mövzuların əhəmiyyətindən danışıblar.

Konfransda çıxış edən AzTU-nun doktorantları Anar Hacıyev, Samir Əmirli, Nurlan Arifzadə, magistrant Əziz Süleymanov tədqiqat işləri ilə bağlı geniş təqdimatla çıxış ediblər.

Bölmə iclasları ilə davam edən konfrans işini mayın 2-də yekunlaşdıracaq.

Süleyman
Xəbəri paylaş