Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İƏT Baş Katibi Elşad İskəndərova təşəkkür edib



Newscenter.az.4.12.2018. İslam Əməmdalıq Təşkilatı Gənclər Forumunun Bakı ofisinin yaydığı məlumata əsasən,İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibi Dr. Yusif bin Əhməd Əl-Useymin bugün İƏT-in Ciddədəki Baş Qərargahında səfir Elşad İskəndərovu İƏT Gənclər Forumunun sədri səlahiyyətlərinin başa çatması münasibətilə qəbul edib. Newscenter.az xəbər verir ki, görüşdə E. İskəndərovun İƏT Gənclər Forumunun qurucusu və son 4 ildə Forumun sədri kimi fəaliyyətlərini yüksək qiymətləndirən İƏT Baş Katibi həmçinin İƏT Gənclik Strategiyası, İƏT Gənclik Paytaxtları, İƏT Modeli kimi layihələrin, İƏT Gənclər Forumunun beynəlxalq sülh, İslam həmrəyliyi və mədəniyyətlərarası dialoqun gücləndirilməsinə yönəlmiş fəaliyyətlərin uğurla həyata keçirilməsində şəxsi səy və əməyinə görə Azərbaycanlı diplomata İƏT adından səmimi təşəkkürünü bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar üzrə Səfirivəzifəsinə təyin olunması münasibətilə Elşad İskəndərovu təbrik edən Baş Katib Əl-Useymin, bunu Azərbaycanın İƏT və İƏT qurumları ilə əməkdaşlığına verdiyi yüksək qiymət kimi qiymətləndirmişdir. Azərbaycanın İƏT üçün vacib ölkə olduğunu qeyd edən İƏT Baş Katibi, İƏT Gənclər Forumunun təşkilatın Məşvərət Şurasına yaxın 2 ildəazərbaycanlı diplomatın sədrlik edəcəyi haqqında qərarını məmnunluqla qarşıladığını və hər iki sahədə onunla əməkdaşlığa hazır olduqlarını bildirib.

İƏT Baş Katibinə xoş sözlərinə görə təşəkkürünü bildirən E.İskəndərov, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin İslam həmrəyliyinin möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verdiyini, bu səpkidə Azərbaycanın İƏT çərçivəsində əməkdaşlığın gücləndirilməsinə əməli töfhələr verdiyini vurğulamış və bundan sonrakı fəaliyyətində bu strateji xəttin gücləndirilməsi üçün təcrübə və bacarığını əsirgəməyəciyini bildirmişdir. Səfir İskəndərov xüsusilə bildirmişdir ki, ölkəmiz İƏT-də Baş Katibin təşəbbüsü ilə başlamış islahat prosesini dəstəkləyir, bu prosesin tezliklə aparılmasını və onun nəticəsində qurumun daha çevik, müasir dünyanın sürətlə dəyişən çağırışlarına adekvat cavab verə biləcək, üzvlərinin maraqlarını maksimal şəkildə müdafiə edəcək təşkilat olmasını dəstəkləyir.

Görüşdə həmçinin İƏT Gənclər Forumunun 3-cü Baş Assambleyasında Forumun rəhbər vəzfələrinə seçilmiş Azərbaycan təmsilçiləri – Forumun Baş Direktoru Rəsul Ömərovu və Bakıda yerləşən Avrasiya Regional Mərkəzinin Baş Direktoru Elməddin Mehdiyev İƏT Baş Katibinə təqdim edildilər.

Görüşün sonunda İƏT Baş katibi E.İskəndərova İƏT Gənclər Forumunun təşkilatlanması və İƏT gənclərinin inkişafl sahəsində uzun müddətli səmərəli fəaliyyətinə görə İƏT-nin xüsusi fəxri nişanını təqdim edib.
Xəbəri paylaş