Bu ərazilərə içməli su məhdudiyyətlə veriləcək
Tarix: 10-12-2018, 17:25
Newscenter.az.10.12.2018. 10-11 dekabr 2018-ci il tarixlərində Hövsan qəsəbəsinə, Qaraçuxur və Əmircan qəsəbələrinin isə bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə məlumat Newscenter.az-a “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, buna səbəb yeni çəkilmiş magistral su kəmərinin şəbəkəyə qoşulması və köhnə xəttin ləğvidir.