Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Miqrasiya Xidmətində ixtisasartırma kursu təşkil edilib

Miqrasiya Xidmətində ixtisasartırma kursu təşkil edilib


Newscenter.az.10.12.2018. Dövlət Miqrasiya Xidməti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlıq çərçivəsində DİA-nın “Rəhbər kadrların ixtisasının artırılması” fakültəsində «Miqrasiya proseslərinin dövlət tənzimlənməsi» istiqaməti üzrə ixtisasartırma kursunun açılış mərasimi olub.

Newscenter.az-a Xidmətdən daxil olan məlumata görə, tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov və DİA-nın rektoru, akademik Urxan Ələkbərov çıxış edərək ölkədə miqrasiya proseslərinin idarə olunması və bu istiqamətdə aparılan dövlət siyasətinin hüquq mühafizə və digər dövlət qurumlarında çalışan rəhbər əməkdaşlara çatdırılması, izahı və şərh edilməsi məqsədilə təşkil edilən kursun əhəmiyyətindən danışıblar. Bildirilib ki, kurs DMX ilə DİA-nın sıx əməkdaşlığı çərçivəsində ayrı-ayrı mərkəzi və yerli icra hakimiyyəti orqanları əməkdaşlarının miqrasiya sahəsində ixtisaslarının artırılması, peşə bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə təşkil edilən tədbirlərin bir nümunəsidir. İxtisasartırma kursu respublikada miqrasiya sahəsinə aid islahatların aktual problemləri, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, beynəlxalq insan hüquqları konsepsiyası və digər məsələlərlə bağlı biliklərin sistemləşdirilməsinə, dinləyicilərə yeni biliklərin verilməsinə xidmət edir.

Qeyd edək ki, 4 gün davam edəcək kurslara Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatı, Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən 30 əməkdaş cəlb edilib.
Xəbəri paylaş