Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məktəblilər arasında breyn-rinq intellektual oyunu keçirilib

Məktəblilər arasında breyn-rinq intellektual oyunu keçirilib


Newscenter.az.27.12.2018. Paytaxtın ümumi təhsil müəssisələrinin şagirdləri arasında breyn-rinq intellektual oyunu keçirilib. Newscenter.az xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş yarışda 84, 87, 97, 226, 232, 316 və 327 nömrəli tam orta məktəblərin IV sinif şagirdlərindən ibarət komandaları iştirak ediblər.

İntellektual oyunun əsas məqsədi məktəblilər arasında milli-mənəvi dəyərlərimizi təbliğ etmək, onları tariximiz, mədəniyyətimiz haqqında maarifləndirmək, istedadlı şagirdləri üzə çıxarmaq və onların asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir.

3 turdan ibarət olan yarışın nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 232, 97 və 327 nömrəli tam orta məktəblərin komandaları müvafiq olaraq I, II və III yerlərə layiq görülüblər.
Sonda qalib komandalar diplom, medal və hədiyyələrlə təltif ediliblər.
R.Mehdiyeva
Xəbəri paylaş