Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan CHP-ni ziyarət edəcək

Ərdoğan CHP-ni ziyarət edəcək


CHP sədri Özgür Özəlin Prezident Rəcəb Tayyib Ərdoğanı ziyarətindən sonra Türkiyə lideri də CHP iadə ziyarəti edəcək.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bunu AK Parinin sözçüsü Ömər Çelik deyib.

Hakim partiya sözçüsü CHP lideri ilə Türkiyə prezidentinin görüşünün müsbət atmosferdə keçdiyini deyib və bildirib ki, görüşdə yeni konstitusiya araşdırmaları ilə yanaşı, Türkiyənin Qəzza diplomatiyası və atılan addımlar da qiymətləndirilib.

Qeyd edək ki, görüş AK Partiya Qərargahında baş tutub.

Ərdoğanla Özəl arasında keçirilən görüşdə AK Partiya sədr müavini Mustafa Elitaş və CHP İstanbul millət vəkili Namık Tan da iştirak edib.

Anar Əliyev
Xəbəri paylaş