Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Keçən il çoxmərtəbəli binalar üzrə 27598 mənzildə təbii qazın açılması təmin olunub

 Keçən il çoxmərtəbəli binalar üzrə 27598 mənzildə təbii qazın açılması təmin olunub


Newscenter.az.4.01.2019. “Azəriqaz” İstehsalat Birliyi 2018-ci ilin yanvar-dekabr ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan çoxmərtəbəli binalar üzrə təbii qazın verilməsini təmin edib.

Qurumdan Newscenter.az-a bildirilib ki, həmin binalarda ümumilikdə 27598 ailə yaşayır.

“Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.
Xəbəri paylaş