
Türkiyədə gözlənilən ömür uzunluğu 78,1 il olaraq müəyyənləşib.
Newscenter.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən bildirir ki, məlumata görə, Türkiyədə qadınlar kişilərdən 5,2 il daha çox yaşayırlar.
Bildirilir ki, qadınlar ümumiyyətlə kişilərdən daha uzun yaşayırlar, kişilər və qadınlar arasında doğuş zamanı gözlənilən ömür fərqi 5,2 ildir.
Əmək qabiliyyətinin başlanğıcı olan 15 yaşında insanlar üçün orta qalan ömür uzunluğu 64,3 ildir. Kişilər üçün bu gözlənti 61,7 yaş, qadınlar üçün isə 66,9 yaşdır.
Anar Əliyev