Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ŞƏT Gənclər Şurasının növbəti iclası keçirilib

ŞƏT Gənclər Şurasının növbəti iclası keçirilib


Pekində Şanxay Əməkdaşlıq Təşkilatının Katibliyində Ümumçin Gənclər Federasiyasının sədrliyi ilə Şanxay Əməkdaşlıq Təşkilatının Gənclər Şurasının 18-ci iclası keçirilib.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, tədbirdə ŞƏT-ə üzv dövlətlərin gənclər hərəkatının rəhbərləri öz ölkələrində gənclərlə bağlı həyata keçirilən tədbirlər və əməkdaşlığın daha da gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd olunub ki, Gənclər Şurası ŞƏT ölkələrində gənclər siyasətinin həyata keçirilməsi üçün mühüm platformadır. Şuranın fəaliyyətinin “Şanxay ruhu” prinsipləri əsasında daha da aktivləşdirilməsinin və təşkilata üzv dövlətlərin gəncləri arasında dostluq əməkdaşlığının gücləndirilməsinin zəruriliyi qeyd edilib.

Anar Əliyev
Xəbəri paylaş