
Türkiyədə işsizlik nisbəti iyun ayında 8,6 faizə çatıb.
Newscenter.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən bildirir ki, bu göstərici bir əvvəlki ayla müqayisədə 0,2 faiz artıq deməkdir.
Bu dövrdə işsizlərin sayının 3 milyon 47 min nəfər olduğu müəyyən edilib.
Müvafiq olaraq, 15 və daha yuxarı yaşda olan işsizlərin sayı iyun ayında əvvəlki ayla müqayisədə 52 min nəfər artaraq 3 milyon 47 min nəfərə çatıb. İşsizliyin səviyyəsi kişilər üçün 7,1 faiz, qadınlar üçün isə 11,4 faiz təşkil edib.
Məşğul əhalinin sayı əvvəlki ayla müqayisədə 18 min nəfər azalaraq 32 milyon 452 min nəfərə, məşğulluq səviyyəsi isə 0,1 faiz bəndi azalaraq 48,9 faizə çatıb. Bu göstərici kişilərdə 66,2 faiz, qadınlarda isə 31,9 faiz təşkil edib.
Mehman Mehdiyev