Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Nurgün Motors” dövlətin media siyasətinə qarşı çıxır

“Nurgün Motors” dövlətin media siyasətinə qarşı çıxır


Newscenter.az.10.01.2019. Azərbaycan dövləti və şəxsən dövlət başçısı Cənab İlham Əliyev mətbuata diqqət və qayğı ilə yanaşdığı, KİV-lərin inkişafı istiqamətində zaman-zaman təqdirəlayiq addımlar atdığı halda, “Nurgün Motors” şirkəti dövlətin media siyasətinə qarşı çıxır. Sözügedən şirkətin təsisçisi olduğu bildirilən “Ekspress” qəzetinin nəşrinin dayandırılması bunun əyani sübutudur. Artıq bir neçə gündür ki, qəzetin fəaliyyəti dayandırılsa da, nədənsə təsisçi bu barədə açıqlama verməyə tələsmir.

Qeyd edək ki, “Ekspress” qəzetinin fəaliyyətinin dayandırılması ilə həmin mətbu orqanda çalışan onlarla həmkarımız da işsiz qalıb. Qəzetdə çalışan onlarla şəxsin hər birinin ailə başçısı olduğunu nəzərə alsaq, “Nurgün Motors”un rəhbərliyinin bu addımı ilə bir çox insanların sosial rifah halının pisləşəcəyini deyə bilərik. Baxmayaraq ki, “Nurgün Motors” şirkətlər qrupu qəzetin fəaliyyətini davam etdirmək üçün kifayət qədər maddi imkanlara malikdir, lakin göründüyü kimi şirkət bunun əksinə addım ataraq qəzetin əməkdaşlarını çarəsiz vəziyyətdə buraxıb. Bundan başqa “Nurgün Motors”un qəzetdə çalışan onlarla əməkdaşı tabeliyində olan digər şirkət və müəssisələrdə işlə təmin etmək imkanları da kifayət qədərdir. Lakin şirkət rəhbərliyi bu barədə də düşünmək istəmir. Belə çıxır ki, “Nurgün Motors” həm də ölkədə işsizlər ordusunun yaranmasında maraqlıdır. Hər halda “Nurgün Motors” şirkətlər qrupu və onun rəhbəri Nuru Əliyevin hansı səbəbdən belə bir addım atdığı müəmma olaraq qalır.
NEWSCENTER.AZ
Xəbəri paylaş